ADPU-da "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib

Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə və “Oxu Günü”nə həsr edilmiş "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib. Tədbirdə Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, tanınmış şair Zahid Xəlil, həmin kafedranın dosenti, uşaq ədəbiyyatı tənqidçisi Füzuli Əsgərli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, Əməkdar mədəniyyət işçisi Qəşəm İsabəyli, Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, Bakı Humanitar Kollecinin müəllimləri, həmin kollecin “Kitabxana-informasiya təminatı” ixtisası üzrə ADPU-nun Kitabxana-İnformasiya Mərkəzində təcrübə keçən tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova bildirib ki, 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı Təhsil naziri Ceyhun Bayramov “Oxu Günü” tədbirinin keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Həmin əmrdə aprel ayını kitabın, mütaliənin təşviqinə və təbliğinə həsr etmək tövsiyə olunub. Qeyd edib ki, müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada geniş vüsət alıb. Əvvəllər yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyun ayının 11-də imperatorun verdiyi qanunla mülkiyyətin bütün formalarını özündə birləşdirib. Rusiyada isə bu anlayış indinin özündə də daha çox ədəbiyyat sahəsinə aid edilir. 23 aprel tarixinin dünya ədəbiyyatı üçün simvolik olmasını kitabsevərlər yaxşı bilirlər. Həmin gün söz sənəti dahilərindən Vilyam Şekspir, Migel de Servantes və yazıçı-tarixçi İnka Qarsılaso de la Veqanın şərəfinə müəyyənləşdirilib. Belə ki, hər üç yazıçını 23 aprel 1616-cı il-onların ölüm tarixi birləşdirir. Moris Draqon, Halldor Laksness, Vladimir Nabokov, Maniel Mexia Valeho kimi korifeylər isə aprelin 23-də dünyaya göz açıblar. 1995-ci ildə Parisdə keçirilən UNESKO-nun Baş Konfransında ədəbiyyat üçün simvolik olan 23 Aprel Kitab və Müəlliflik Hüquqları Günü kimi təsdiqlənib. “Don Kixot”romanının ilk dəfə nəşr olunmasının 400 illiyi ilə əlaqədar keçirilən tədbir də həmin vaxta təsadüf edib. 23 Aprel əsl kitab bayramıdır. Azərbaycanda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun 8 oktyabr 1996-cı il tarixindən qüvvədədir. Son illər Azərbaycan rəhbərliyinin uzaqgörən daxili və xarici siyasəti nəticəsində müəllif hüquqları sahəsində ölkəmizin beynəlxalq əlaqələri genişlənib, konvensiyalara qoşulub və beynəlxalq təşkilatların üzvü olub. Azərbaycanın bugünkü müəllif hüquqları müasir informasiya, ilk növbədə, rəqəmsal texnologiya və multimedia kompüter sisteminə əsaslanır. Bu gün rəqəmsal dünyanın köklü dəyişikliklərinə baxmayaraq,

kitab yenə də öz əhəmiyyətini qoruyub saxlayır. Nizami Gəncəvinin “Tükənməz mənəvi qida”, Uilyam Şekspirin “Tacdan qiymətli”, Mirzə Ələkbər Sabirin “İlk dostum”, Həsən bəy Zərdabinin “Qiymətli dəfinə” adlandırdıqları kitab bilik mənbəyi olduğu kimi, həm də onu sevənlərin ürək dostu, könül sirdaşıdır. Kitabla ünsiyyətdə olanlar və ülfət bağlayanlar mənəviyyatlarının zənginliyi ilə də digərlərindən seçilirlər. Kitab və mütaliənin insan həyatındakı rolu danılmazdır. Kitab həm də insanın nitqinin və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Hər bir alimin, yaradıcı insanın gələcək nailiyyətləri onun kitablar arasında keçirdiyi aramsız araşdırmalarının nəticəsidir. Kitab zaman-zaman hər kəsin dostu olub, kitabların yaratdığı ünsiyyət, onların bağladığı ülfəti və verdiyi dərsi olduğu kimi dərk etmək gənc nəslin mənəvi borcudur.

Kitabxana-İnformasiya Mərkəzinin Biblioqrafiya və informasiya şöbəsinin müdiri Nüşabə Əmirəliyeva çıxış edərək bildirib ki, bugünkü tədbir bilik və bacarıqların, fikir və düşüncələrin fövqündə dayanan kitaba, mütaliəyə və oxucuya, müəllifə və onun haqqına olan böyük hörmətə həsr edilməsi baxımından əhəmiyyətlidir.

Professor Zahid Xəlil öz şeirlərini oxuyub, dosent Füzuli Əsgərli, Əməkdar mədəniyyət işçisi Qəşəm İsabəyli tələbə-gənclərə mütaliə etməyi, biliklərini artırmağı, dünyagörüşlərini genişləndirməyi tövsiyə ediblər.

Tədbirdə Filologiya fakültəsinin I tədris ili tələbəsi Leyla Uquzova Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir parçanı, professor Zahid Xəlilin “Uzun yol” şeirini, III tədris ili tələbəsi Xədicə Mahmudova professor Mahirə Hüseynovanın “Vətəndir” şeirini səsləndiriblər


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

End of content

No more pages to load

RADİO