Bu rayonlar üzrə IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlandı –Cavabları necə yoxlamaq olar?

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Göygöl, Samux, Şamaxı, Naftalan, Goranboy, Yevlax, Şəki, Qəbələ, Oğuz, Bərdə, Ağdam, Tərtər, Kürdəmir, Zərdab, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.

Moderator.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər (39011 nəfər) DİM-in internet saytında //www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

DİM-dən bildirilib ki, martın 3-də keçirilmiş imtahanın nəticələri aprelin 18-də DİM-in saytında yerləşdirilib: “Çox təəssüf ki, imtahan nəticələri, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı azdır. 6 gün ərzində imtahanda iştirak etmiş 37434 nəfərdən 21492 nəfəri öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə cəmi 9982 nəfər baxıb. Abituriyentlərin, onların valideynlərinin, həmçinin müəllimlərinin nəzərinə çatdırırıq ki, imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) şagirdə məxsus səhifədə baxmaq mümkündür. Şagirdlərin nəticələrinin təhlili gələcəkdə onlara müvafiq fənlər üzrə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə kömək ola bilər”.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, frac{1}{3}, frac{1}{2}, frac{2}{3} və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

– xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və frac{10}{7}-a vurulur.

– Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.

– Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

Cədvəl 1

I mərhələ, test tapşırıqları
Maksimal
balTest tapşırıqlarınn
sayıBal
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)3015 (6 açıq
+
9 qapalı)frac{10}{7} (2nd(açıq)
+
nd(qapalı))
Tədris dili (Azərbaycan dili, rus dili)3020 (10 açıq
+
10 qapalı)2∙nd (açıq)
+
nd (qapalı)
Riyaziyyat3010 (açıq)3∙nd(açıq)
nd (açıq) – açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd (qapalı) – qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 1-3 və 6-7 may 2019-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər bütün imtahanların nəticələri elan olunduqdan sonra 24-26 və 29-30 aprel tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumata görə, 17 və 31 mart tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalıdır, ya da ümumiyyətlə heç bir Rusiya olmayacaq" - VİDEO

Putin: "Rusiya ya güclü, müstəqil dövlət olmalıdır, ya da ümumiyyətlə heç bir Rusiya olmayacaq" - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Xarici turistlər Azərbaycana axışır - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Primoryedə akula "təhlükəsi": Qubernator turistləri sakitləşdirdi - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Rusiyada sığınlar şəhərlərə axışır - VİDEO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

Putin növbəti dəfə "Hər şey nəzarət altındadır" dedi - VİDEO

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

"Aramco" şirkətinin helikopteri qəzaya uğrayıb: Həlak olanlar var

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Bakıda avtoxuliqanlıq edən motosikletçi cərimələndi

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Lerikdə minik avtomobili dərəyə yuvarlandı: 4 nəfər xəsarət aldı - FOTO

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Rusiya vətəndaşları hazırda hansı ciddi problemlərlə üz-üzə qalıb?

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

End of content

No more pages to load

RADİO