Bakıda valideynlərdən liseyin təmiri üçün pul yığılır? – RƏSMİ AÇIQLAMA – FOTO

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu 43 saylı orta məktəbin (MLK) şəraitinin, siniflərin, koridorun, sanitar qovşağının yararsız vəziyyətdə olduğunu əks etdirən videogörüntülər paylaşılıb. İddialara görə, direktor vəzifəsini icra edən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) əməkdaşı isə valideynlərə pul yığıb sinifləri təmir etdirməyi tapşırıb, əks halda, valideynlərə bildirilib ki, yeni dərs ilində şagirdlər məktəbə buraxılmayacaq.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Məktəb-lisey kompleksindən “apa.az”ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib:

"Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər.
 

Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.


Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır. Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir".

BŞTİ-dən isə bildirilib ki, Bakı şəhəri Məktəb-Lisey Kompleksinin fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır:

"Qeyd edək ki, yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır".












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Bred Pitt yeni sevgilisi ilə münasibətlərini rəsmiləşdirdi – FOTO

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Təzyiqi düşən 34 yaşlı qadın HƏYATINI İTİRDİ

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Məşhur ukraynalı biznesmenə qarşı sui-qəsd hazırlayan qadının meyiti tapıldı – FOTO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Dünya Çempionatında siyasi trolluq: Belçika millisi Trampın rəqsini yamsıladı – VİDEO

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Madonna FİFA rəhbərliyini çətin vəziyyətdə qoydu - ASTRONOMİK BÜDCƏ

Nyu-York küçələri su altında – VİDEO

Nyu-York küçələri su altında – VİDEO

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

İraqda korrupsiya qalmaqalı: Eks-nazir müavininin evindən milyonlarla dollar və qızıl çıxdı

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

“Qarabağ”dan gedən futbolçuların sayı 9-a çatdı – ADLAR

Türkiyədə NATO sammiti başladı - CANLI

Türkiyədə NATO sammiti başladı - CANLI

İtkin düşən turistlər tapıldı

İtkin düşən turistlər tapıldı

Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

Dnepropetrovska KÜTLƏVİ HÜCUM: "Yeni Poçta" terminalı tamamilə yandı – VİDEO

Mingəçevirdə V “Cyber Summer School 2026” start götürdü – FOTO

Mingəçevirdə V “Cyber Summer School 2026” start götürdü – FOTO

Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!

Moldova öz vətəndaşlarına xəbərdarlıq etdi: Rusiyaya getməyin!

Pakistanda polis məntəqəsinə hücum: 7 nəfər oğurlandı, 11 nəfər öldürüldü

Pakistanda polis məntəqəsinə hücum: 7 nəfər oğurlandı, 11 nəfər öldürüldü

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında ardıcıl partlayışlar – VİDEO

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında ardıcıl partlayışlar – VİDEO

Qusar qəzasında Rusiya vətəndaşı HƏLAK OLDU

Qusar qəzasında Rusiya vətəndaşı HƏLAK OLDU

Xocavənd şəhərinə NÖVBƏTİ KÖÇ

Xocavənd şəhərinə NÖVBƏTİ KÖÇ

Hakan Fidandan NATO-nun gələcəyi ilə bağlı AÇIQLAMA

Hakan Fidandan NATO-nun gələcəyi ilə bağlı AÇIQLAMA

Ticarət mərkəzində güclü yanğın – VİDEO

Ticarət mərkəzində güclü yanğın – VİDEO

İlham Əliyev: Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var

İlham Əliyev: Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var

İkinci kurs tələbəsi vəfat etdi – FOTO

İkinci kurs tələbəsi vəfat etdi – FOTO

Boşanmadan da aliment ala bilərsiniz...

Boşanmadan da aliment ala bilərsiniz...

İsrail-Livan danışıqlarının növbəti raundu bu ölkədə keçiriləcək

İsrail-Livan danışıqlarının növbəti raundu bu ölkədə keçiriləcək

Azərbaycanın yarım illik büdcə göstəriciləri AÇIQLANDI

Azərbaycanın yarım illik büdcə göstəriciləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO