Rusiyanın İjevsk şəhərində yerləşən "Tri Kita" ticarət mərkəzinin ərazisində güclü yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının ticarət mərkəzinin anbar hissəsində baş verdiyi və alovun mindən çox kvadratmetr sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.
İlkin məlumata görə, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri davam etdirilir.
Bizim.Media