Boşanmadan da aliment ala bilərsiniz...

Aliment deyəndə çoxlarının ağlına boşanmadan sonra tərəflərdən birinin digərinə uşaqlara görə yaranan xərclər üçün ödədiyi vəsait gəlir. Ancaq qanunvericiliyə görə, digər şəxslərin, o cümlədən ər-arvadın və keçmiş ər-arvadın bir-birlərinə aliment öhdəlikləri də mövcuddur.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Ailə Məcəlləsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakı göstərilən şəxslər buna maddi imkanı olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

- Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

- Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad;

- Əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Aliment öhdəliyi təkcə evlilik dövrü üçün aktual deyil. Qanunvericiliyə görə, nikah pozulduqdan sonra da keçmiş ərin və ya arvadın biri-birindən aliment almaq hüququ var. Belə ki, aşağıdakı şəxslər boşandıqdan sonra məhkəmə qaydasında buna maddi imkanı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

- Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

- Əilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

- Nikah pozulana qədər və ya nikah pozulduğu gündən 1 il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

- Ər-arvad uzun müddət nikahda olublarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə və ya arvada ödənilməsi qaydası onlar arasındakı sazişlə müəyyən edilə bilər. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyənləşdirilir.

Ancaq qanun ər və ya arvadın bütün hallarda aliment ödəməsini də nəzərdə tutmur. Belə ki, qanunvericilikdə tərəflərin bir-birini saxlamaq vəzifəsindən azad edilməsi və ya bu vəzifənin müddətlə məhdudlaşdırılması da nəzərdə tutulub.

Belə ki, məhkəmə tərəflərdən birini nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Bu, ilk növbədə maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə şamil oluna bilər. Bundan başqa, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda, nikah çox çəkmədikdə də eyni məhdudiyyətin tətbiq edilməsi mümkündür.

Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında bağlanır. Saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq edilir. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

Putin çıxış etdi, Peskov yuxuladı – Video

Putin çıxış etdi, Peskov yuxuladı – Video

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Ağdam şəhərinə köçürülən 117 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO

Ağdam şəhərinə köçürülən 117 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO

Pezeşkian qızına ana dilində müraciət etdi - Video

Pezeşkian qızına ana dilində müraciət etdi - Video

Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

Bu şəxslərin təhsil haqqı dövlət hesabına ödəniləcək – YENİLİK

Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq

Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Mel Gibson onu ələ saldığına görə üzr istədi

Atasını öldürüb, cinayəti belə ört-basdır etmək istədi – Gədəbəydə 34 il əvvəlki qətlin TƏFƏRRÜATI

Atasını öldürüb, cinayəti belə ört-basdır etmək istədi – Gədəbəydə 34 il əvvəlki qətlin TƏFƏRRÜATI

"Apple"ın baş direktoru vəzifəsindən ayrıldı – VİDEO

"Apple"ın baş direktoru vəzifəsindən ayrıldı – VİDEO

Nikol Paşinyan: “Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik”

Nikol Paşinyan: “Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik”

Ötən sutka Ukraynanın 1050 PUA-sı məhv edilib – Rusiya Müdafiə Nazirliyi

Ötən sutka Ukraynanın 1050 PUA-sı məhv edilib – Rusiya Müdafiə Nazirliyi

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev: Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

İlham Əliyev: Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Dünyanın ən bahalı rayonu: 550 milyon dollarlıq mənzillər, “Formula-1” ulduzları və milyarderlər

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Prezident: “BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb” – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlandı - FOTO

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev:"Cənubi Qafqaz sülh zonasına çevrilir"

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

İlham Əliyev: “Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir”

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Leninqrad vilayətində məktəb və uşaq bağçalarına mina yerləşdirilib?

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgidə - FOTO

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu

End of content

No more pages to load

RADİO