"Əgər Anar müəllimin belə bir müraciəti olubsa, bu özü də sevindiricidir və..."

Azərbaycan Yazarlar Birliyinin sədri, dəyərli yazıçımız və ziyalımız Anar müəllimin çox maraqlı bir məqaləsi nəşr olunub və orada şəxsimizə yönəlik bəzi iradlar səsləndirilib. Hər bir insanın öz baxış bucağından mövqeyi haqlı sayıla bilər, ancaq bəzi detalların dəqiqləşdirilməsi vacibdir ki, bunu qeyd etməkdə yarar görürəm. Hörmətli Anar müəllimin irad olaraq yazdıqları aşağıdakılardır:

"Hörmət bəslədiyim deputatlardan biri də Milli Məclislə qaldırılmalı məsələlərin məhz Prezidentin ziyalılarla görüşündə qaldırılmasını lazım bilir və qəribə bir şey deyir. Deyir ki, o iclasda kimsə atasının heykəlinin qoyulmasını təklif edib. Mənim iştirak etdiyim görüşdə Cəlil Məməquluzadənin və H.Z.Tağıyevin heykəllərinin qoyulması təklif olundu və məncə o iclasda nə Tağıyevin, nə Mirzə Cəlilin oğulları iştirak etmirdi…

Həmin hörmətli deputat Ramiz Rövşənə Xalq şairi adı verilməsi məsələsini qaldırır. Sağ olsun! Yazıçılar Birliyinin fəaliyyətinə maraq göstərənlər kitablarımızı da oxusaydılar bilərdilər ki, Ramiz Rövşənə Xalq şairi adı verilməsi haqda mən hələ 2006-ci ildə Prezident İlham Əliyevə müraciət etmişəm və bu müraiciətim mənim «Əsrin əsiri» kitabımda da dərc olunub («Əsrin əsiri» Azərnəşr. 2010 . səh. 560).

Qeyd edim ki, Milli Məclisdəki məlum çıxışda xüsusi olaraq hansısa şəxsi və ya qurumu ittiham etməmişəm, sadəcə ən vacib problemə yenidən diqqət yönəltmişəm. Bundan əvvəl də iki dəfə Milli Məclisdə məsələ qaldırmışam ki, Türkiyə və Gürcüstanda olduğu kimi Azərbaycanda da çox yüksək dərəcədə olan 18 faizlik əlavə dəyər vergisinin kitabların, digər çap məhsullarının və çap avadanlıqlarının üzərindən götürmək zəruridir. Burada məqsəd odur ki, kitablar ucuzlaşsın və ölkədə mütailə vərdişinin artmasına faydalı olsun. Bu problemi heç şübhəsiz ki,bizdən də yaxşı hörmətli Anar müəllim bilməmiş deyil və həqiqətən də umurdum ki, heç olmazsa oradakı yazarlardan biri məhz prezidentə bunu söyləyəcək. Bunun söylənilməməsinə öz iradımı bildirmişəm və burada heykəllə bağlı iradın Mirzə Cəlilə və ya Tağıyevə yönəlik olmadığını Anar müəllim əminəm ki, hamıdan yaxşı bilir. Bir də Mirzə Cəlilə və ya Tağıyevə heykəl qoyulmasına xahiş etmək üçün millətimiz qarşısında xidməti olan istənilən yazarımız,o cümlədən Anar müəllim də onların oğlu obrazında çıxış etmək haqqına sahibdirlər. Orada başqa ata-baba adlarının əəbədiləşdirilməsi istiqamətində bəzi təkliflər mediada qabardıldığına görə məsələyə bu yöndən diqqət yönəltməyi məqsədəuyğun saymışıq.xa0
Musa Yaqubla Ramiz Rövşənə xalq şairi adının verilməsinə gəldikdə isə Anar müəllimin həmin kitabındakı müraciətlə tanış olmasam da, hüquqi baxımından adın Yazarlar Birliyinin sədri tərəfindən verilməsinin mümkünsüzlüyünü bilməmiş deyiləm. O halda bu məsələdə hörmətli Anar müəllimə qarşı hansısa ittiham səsləndirməyi etik cəhətdən ilk öncə özümə yaraşdırmazdım. Əgər Anar müəllimin belə bir müraciəti olubsa, bu özü də sevindiricidir və biz də məsələni gündəmə gətirməklə onun da istəyinə dəstək vermiş oluruq.
Fikrimcə, bu cür polemikalarda əsas olan qaldırılan məsələlərdə faydalı nəticələrə varmaqdır. Əslində hörmətli ziyalımız Anar müəllimin mövzu ilə bağlı açıqlamaları indiyədək onlar tərəfindən atılan addımlar barədə bizlərin də bilgilənməmiz üçün faydalı oldu.

Fazil Mustafa, Millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

End of content

No more pages to load

RADİO