Bakının Xəzər rayonu, Binə qəsəbəsində istehsalat sexində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın ərazidəki iki yaşayış evinə də keçib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Bizim.Media