Gəl boyuna qurban, ay vətən oğlu...

Sosial şəbəkələrdə Aprel hadisələri, qəhrəmanları ilə bağlı paylaşımlar, şərhlər, yazılar kifayət qədərdir.İllərdir aprelin biri aldatnma günü, zarafat günü kimi yaddaşımıza yazılsa da, dünənxa0 əyləncəlixa0 1 aprel ab-havasından əsər-əlamət yox idi.Bəli, iki gündür ki, bütün sosial şəbəkə istifadəçiləri 3 il öncə baş vermiş Aprel hadisələrini xatırlayır, statuslar,şəhidlərin şəkillərini, videolarını paylaşır.Bu , çox yaxşıdır,xa0 bu, o deməkdir ki, qanımızda 3 il öncə baş qaldırmış yüksək vətənpərvərlik ruhu hələ tam öləziməyib, qələbəyə olan inamımız bizləri tərk etməyib,şəhidlərin ruhu xatirimizdə yaşayır.
3 il zaman üçünxa0 nədir ki?Bir an.Həmin vaxt baş verənlər,xalqımızda Qarabağı qaytarmağa olan böyük coşqu və inam hissi hələ tamlığı ilə yaddaşımızdadır.2016-cı ilin aprelxa0 günlərində kişili qadınlı, qocalı-cavanlı hamımızın ruhuna mübarizlik ruhu hakim idi.Qələbə bizə çoxxa0 əlçatan görünürdü, yaxın sayırdıq torpaqlarımızın işğaldan qurtarılacağı günü.Bu inamı bizə canını, qanını vətənə fəda edən igid əsgərlərimiz, zabitlərimiz aşılamışdı...Əminəm ki, onlar da eləxa0 qələbəyə əminliklə döyüşə atılmışdılar.Amma təəssüf ki,xa0 qələbə gününü görmək onlara qismət olmadı və biz özümüz də hələ ki,xa0 bu günün həsrəti ilə günü aya, ayı ilə , dualarımızı ümüdə calayırıq.Amma...Dua eləməklə donuz darıdan çıxmır...
2016-cı ilin 1-5 aprel arasında təkcə Cənub bölgəsi 17 şəhid verdi.Onların arasında əsgəri də vardı, zabiti də, xüsusi təyinatlısı da.Həmin vaxt fəaliyyət göstərən ANS-in Cənub bölgə müxbiri kimi 17 şəhidin dəfn mərasimində iştirakımı indi də göz yaşları içində xatırlayıram.Bir gündə 3-4 şəhidin dəfn mərasimini çəkib xəbərlərə ötürürdük.Gözümüzün yaşı da qurumuşdu.Jurnalist fəaliyyətimə göz yaşı ilə yazıldı həmin günlər.Aman –zaman tək övladını itirən ana, hələ toy maşınının təkərləri yoldan silinməmiş bəy, yeni doğulan körpəsinin üzünü görməmiş ata...Aprel şəhidlərinin hamısını bu gün qəlb ağrısı ilə xatırlayıram.Amma...Pəncəli Teymurov yaddaşımdan bir an da olsa silinmir-toyunda özünə şəhidlik arzulayan Astaralı şəhidimizi deyirəm.
... Yağışlı bir gündə ucqar dağ kəndi olan Əzərüdə çıxmaq olduqca çətin idi.Oğul itirən ananın iztirablarını görmək, hələ gəlinlik xınası əlindən getməmiş gəlinin gözlərindən axan səssiz göz yaşlarını izləmək ondan da çətin idi.Göz yaşlarımızı saxlaya bilmirdik.Qadınların məclisində olduğum zaman qohumların birinin ağıda dediyi söz diqqətimi cəlb etdi-sən özün öz ölümünü arzuladın, ay Pəncəli.Bu sözün arxasında nə dayandığını öyrənmək marağı ilə apardığım kiçik araşdırma şəhid eloğlumuzun necə böyük insan, həqiqi vətənpərvər olduğunu ortaya çıxartdı.Sən demə, öz toyunda çıxışı zamanı Pəncəli Teymurovun özünə arzusu şəhidlik zirvəsinə yüksəlmək olub: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Arzusu çin oldu Pəncəli Teymurovun, amma məqsədi hələ ki, çin olmayıb.Torpaqlarımız nə qədər ki, azad deyil,erməni tapdağındadır, şəhidlərimizin ruhu haray qoparacaq,vətən oğullarını qisasa çağıracaq.Vətən oğlu demişkən, Pəncəli Teymurovun toy kasetində bir məqamı xatırlayıram.Təzəbəy müğənni Manaf Ağayevdən təkrar-təkrar “Vətən oğlu” mahnısını ifa etməyi xahiş edir, bu havaya qol götürüb oynayır... və sonda da elə bu mahnının ifası zamanı mikrofonu əlinə götürərək özünə şəhidlik xeyir duası verir...Bu vətənpərvərliyin sözlə izahı yox...
Elə özümüzüxa0 qalib saymağımızın da.Bu gün özümüzü qalib saya birərikmi?Bu sualın cavabı açıq qalır məncə.Nə qədər ki, torpaqlarımız işğaldan tam azad olunmayıb, özümüzü qalib saymağa haqqımız yox.Amma bu qələbənin qazanılması üçün can qurban verən Aprel şəhidlərimizi anmaq onların haqqıdır, onlar bu haqqı qanları ilə qazanıblar. Bu haqqı batırmayaq.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Esmira İsmayılova-Lənkəran.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – FOTO

Xəzər dənizində 2 nəfər xilas edildi

Xəzər dənizində 2 nəfər xilas edildi

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Daşkəsəndə 23 yaşlı gənc bıçaqlandı

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

End of content

No more pages to load

RADİO