Rza Məmmədova vəzifə VERİLDİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris işləri üzrə prorektoru Qasım Məmmədov vəzifəsindən azad olunub.

Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

67 yaşlı Q.Məmmədov uzun illərdir həmin postda çalışırdı.

Nazirin digər əmrinə əsasən, Rza Məmmədov ADNSU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə gətirilib.
 

Qeyd edək ki, Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub.


Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007-2010-cu illərdə "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.
 

2011-ci ildə Naxçıvan Dövlət Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014-2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində "Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı" üzrə doktorantura təhsili alıb.


O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.
 

Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir.


Həmin ildən "Naxçıvan" Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.
 

O həmçinin Azərbaycan İdman Akademiyasında rektorun elmi məsələlər üzrə məsləhətçisi, Sumqayıt Dövlət Universitetində rektorun müşaviri və "Biznesin idarə edilməsi" kafedrasının dosenti olub.


2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

"Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"

"Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri paylaşıldı - VİDEO

Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri paylaşıldı - VİDEO

Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı - VİDEO

Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı - VİDEO

İnsanlara qanunsuz orden-medallar verən QHT rəhbərinə HÖKM OXUNDU

İnsanlara qanunsuz orden-medallar verən QHT rəhbərinə HÖKM OXUNDU

Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

Niyama hədiyyə olunan ev saxta çıxdı

Niyama hədiyyə olunan ev saxta çıxdı

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO

Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO

Valideynlərin NƏZƏRİNƏ: Məktəb seçimi bu tarixdən başlayır

Valideynlərin NƏZƏRİNƏ: Məktəb seçimi bu tarixdən başlayır

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Tramp: “Xark adasını nəzarətə götürə bilərik”

Tramp: “Xark adasını nəzarətə götürə bilərik”

Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

Evlərə dolan yağış suları belə təmizləndi - VİDEO

Evlərə dolan yağış suları belə təmizləndi - VİDEO

Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir – VİDEO

Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir – VİDEO

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

Murakami: “Süni intellekt heç vaxt yaxşı kitab yaza bilməz”

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Ölkəmizdə dələduzluq piramidası quran malayziyalılara qarşı ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Zelenski Trampla görüşdə: “Moskvaya gedə bilmərəm, çünki orada çoxlu Ukrayna dronu var” - VİDEO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

Daşkənddə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu – FOTO

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

İranın Bəhreynə dəhşətli zərbəsi: darmadağın etdi - Video

End of content

No more pages to load

RADİO