Bakıda HOTELDƏ DƏHŞƏT: sevişdiyi qadını 6-cı mərtəbədən atdı - CİNAYƏT İŞİ

2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələrək, qeyri-rəsmi münasibətdə olduğu qadını R.Behbudov küçəsi, 59 ünvanda yerləşən “AF Hotel”in 6-cı mərtəbəsinin pəncərəsindən atması barədə məlumat verib.

1997-ci il təvəllüdlü S.İ (ad şərtidir) ağır vəziyyətdə Kiliniki Tibbi Mərkəzə çatdırılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisə hotelin 6-cı mərtəbəsində, 1603 saylı otaqda baş verib.

Bizim.Media xəbər verir ki, lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə necə baş verib?

İstintaqla müəyyən edilib ki, fevralın 16-ı saat 19:25-da Şükür Qənbərov qeyri-rəsmi münasibətdə olduğu S.İ və onun 2 azyaşlı övladları ilə birlikdə hotelə gəlib.
 

Hotelin 6-cı mərtəbəsində yerləşən otağda onlar intim münasibətdə olublar. Sonra tərəflər arasında qısqanclıq zəminində mübahisə düşüb.Mübahisə zəminində Ş.Qəmbərov qadının baş nahiyəsinə zərbələr vurub, sonra isə onu pəncərədən atıb.


Nəticədə qadın hotelin 3-cü mərtəbəsində olan tikilinin dam örtüyünün üzərinə düşüb. Dərhal qadın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadasının müşayiəti ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.
 

İş üzrə dindirilmiş Şükür Qəmbərov bildirib ki, 2023-cü il fevralın 16-da Lənkərandan Bakıya qayıdıb və münasibətdə olduğu S.İ-yə zəng edərək görüşmək istədiyini bildirib. Sonra onun yaşadığı ünvana gedib və qadına hotelə getməyi təkilf edib.

 

Ş.Qəmbərov qadını və uşaqları götürüb hotelə gətirib. Onlar bir günlük hotelin 6-cı mərtəbəsində yerləşən 1603 saylı otağı götürüblər. Ş. Qəmbərov qadınla intim münasibətdə olduqdan sonra qadına yenidən rayona qayıtmalı olduğunu deyib. Bu zaman onlar arasında mübahisə düşüb.


Qadın Ş.Qəmbərova "səni rayonda gözləyən qızlar var, sən başqaları ilə danışırsan” deyib.

Qısqanclıq zəmnində yaranmış mübahisə zamanı, qadın onu söyməyə başlayıb:

“Bu zaman onun üzünə sillə vurdum. Qapıya tərəf qaçanda arxadan tutdum və onu pəncərəyə tərəf gətirdim. Ayaqlarından qaldırıb, onu pəncərədən çölə atdım. Arxasınca baxdım.
 

Yerə düşdüyündən əmin olandan sonra hamama keçib əllərimi yudum. Uşaqlara otaqdan çıxmamalarını və qayıdacağımı deyib polisə getdim. Özümü növbətçiyə təqdim edib baş verənləri danışdım”.


Zərərçəkmiş S.İ bildirib ki, Şükür Qəmbərovla 2022-ci ilin aprel ayında tanış olub. Şükür onunla ailə həyatı quracağını deyib. «AF Hotel»də görüşüb, cinsi əlaqədə olublar. Dəfələrlə aralarında münaqişə olub. 2022-ci il iyunun 20-də Şükür onun uşağını döyüb.
 

Oktyabrın 2-də Ağcabədi rayonunda bıçaqla xəsarət yetirib, barəsində cinayət işi başlanılıb və o bir neçə gündən sonra tutulub. Həmin il dekabrın 23-də Şükür məkəməyə qədər ev dustaqlığına buraxılıb.


O vaxtdan fevralın 16-na kimi müxttəlif vaxtlarda Bakıda yerləşən hotellərdə görüşüblər. Münasibətdə olduğu ərəfədə, onun işləməsinə icazə vermədiyindən onun Şükürdən maddi asılılığı olub.
 

Bundan əlavə, Qəmbərov müxtəlif əsassız bəhanələrlə mütəmadi olaraq yumruqla və taxta ilə onu döyüb. Bununla bağlı 2 dəfə - Qax və Xaçmaz rayonlarında polis şöbələrinə müraciət edib.


Məhkəmə iclasında Şükür Qənbərov ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkən də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmə qənaətə gəlib ki, Şükür Qəmbərovun CM-nin 29,120.1-cü (qəsdən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
 

Həmin əməl təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb. O, qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şükür Qənbərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO