Rəsmi Bakıdan İran XİN sözçüsünün iddialarına SƏRT CAVAB

"İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
 

Ayxan Hacızadənin sözlərinə görə, "Konsulluq əlaqələri haqqında" 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycanda saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.


"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.
 

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər.


Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər.
 

Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.


Yalnız 2025-ci ildə İran İslam Respublikasının Səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb.

Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub.

Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur.
 

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv olunub.


Bu tədbirlərə baxmayaraq, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə"nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.
 

Eyni zamanda, sorğu olunmasına baxmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir.


Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. Digər məsələlərlə yanaşı bu istiqamətdə danışıqlar 15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb", - XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU

Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU

Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

"Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"

"Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri paylaşıldı - VİDEO

Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri paylaşıldı - VİDEO

Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı - VİDEO

Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı - VİDEO

İnsanlara qanunsuz orden-medallar verən QHT rəhbərinə HÖKM OXUNDU

İnsanlara qanunsuz orden-medallar verən QHT rəhbərinə HÖKM OXUNDU

Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

Niyama hədiyyə olunan ev saxta çıxdı

Niyama hədiyyə olunan ev saxta çıxdı

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Evdə meyitləri tapılan kişi və arvadının qətlinin TƏFƏRRÜATI

Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO

Vəhşi təbiətə 20 min “samuray arısı” buraxıldı - FOTO

Valideynlərin NƏZƏRİNƏ: Məktəb seçimi bu tarixdən başlayır

Valideynlərin NƏZƏRİNƏ: Məktəb seçimi bu tarixdən başlayır

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Növbəti NATO sammitinin harada keçiriləcəyi SUAL ALTINDA qaldı

Tramp: “Xark adasını nəzarətə götürə bilərik”

Tramp: “Xark adasını nəzarətə götürə bilərik”

Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

Avropa ölkələrindən Azərbaycana 306 nəfər geri qaytarıldı

End of content

No more pages to load

RADİO