Xəzərdə nərə və qızıl balıqlar TÜKƏNİR – Bioloji böhranın İranla nə əlaqəsi var?

Xəzər dənizində Nərə və qızıl balıq ehtiyatı təhlükə altındadır. Dünya nərə ehtiyatının 80%-i Xəzər dənizindəykən indi onların çoxu Qırmızı Kitaba düşüb. Təhlükənin ölçüsü, göründüyü kimi, düşündüyümüzdən də böyükdür.

Azərbaycanda nərəkimilərin 6 növü mövcuddur, lakin son illərdə bu növlərin sayı kəskin şəkildə azalmağa doğru gedir.

Mütəxəssislər həyəcan təbili çalır: belə getsə, nərəkimilərin bütün növləri “kitablıq” olacaq. Hər nə qədər balıqartırma zavodları süni şəkildə kürüləmə vasitəsilə balıqların populyasiyasını qorumağa çalışsalar da, bu, balıq ehtiyatı üçün kifayət etmir. Yəni real nəticə dəyişmir. Çünki süni nəticə təbiətin özünü əvəz edə bilmir.

İran isə nərə, qızıl balıq və kilkə balığının azalmasının səbəbini digər Xəzəryanı ölkələrin suyu çirkləndirməsində görür. Lakin sözügüdən balıq  növlərinin kəskin azalmasının səbəbi təkcə çirklənmə ilə məhdudlaşmır.  

Zoologiya İnstitutunun Hidrobiologiya Laboratoriyasının müdiri Süleyman Süleymanov Bizim.Media-ya bildirir ki, bu gün Xəzərdə nərə və qızıl balığın azalmasının səbəbi çirklənmədən çox, onların təbii kürüləmə (çoxalma) yerlərinin sıradan çıxmasıdır:
 

“Düzdür çirklənmənin də təsiri var. Xəzərin ən çirkli zonası Abşeron sahilləridir. Doğrudur ki, Türkmənistan və İran əraziləri o dərəcədə çirkli deyil. Vəziyyətdən çıxmaq üçün süni şəkildə balıqlar artırılır, onlar da həm Xəzər dənizində ekosistemin ciddi dəyişikliklərə məruz qalması səbəbindən, həm insan müdaxiləsi faktorundan tələf olurlar”.


S.Süleymanov əlavə edir ki, süni kürüləmə ancaq bu balıq növlərinin tamamilə tükənməsinin qarşısını ala bilər. Bu yaxınlarda Amerikada səfərdəykən balıqların kürütökmə vaxtının xüsusi qorunduğunu müşahidə etdiyini deyən mütəxəsis, hətta insanların bu prosesi ekran vasitəsilə izlədiyini diqqətə çatdırır. Amma Azərbaycanda balıq hələ formalaşmamış tutulur, süfrəyə gətirilir.

“Ən böyük çayımız olan Kürdə 50-60% su qalıb. Balıq harda kürüləsin? Məhz kürüləmə dövründə azalmanın olması heç də yaxşı təsadüf olmadı. Bu balıqlar gedib çayın önündəki Varvara su anbarına dəyir, oradan miqrasiya olmasına bənd mane olur. Qızıl balıqda da belə bir xüsusiyyət var ki, kürüsünü tökən kimi ölür. Kürülər təbii yolla bərpa olub geri qayıtmalıdırlar. Amma prosesi tamamlaya bilmirlər, yarımçıq qaldığı üçün tələf olurlar” – deyə o, vurğulayıb.  

Ən azından İranın iddia etdiyinin əksinə olaraq kilkə balığı ehtiyatı bu gün qənaətbəxşdir.

Mütəxəssisin sözlərinə görə, bundan əvvəl kilkənin də sayında kəskin azalma olmuşdu. Səbəb də əsasən o idi ki, Qara dənizdən bura daraqlı növlər gəlmiş, yad canlılar kilkə balıqlarının qida ehtiyatını yemişdi. Nəticədə kilkənin sayında azalma olmuşdu. Hazırda isə belə bir problem yoxdur.  

Xülasə, nə qədər ki Xəzərdə ekosistem bərpa olunmayıb, Kürdə müdaxilələr aradan qalxmayıb, süni üsullara bel bağlamaqla problem həllini tapmayacaq, nərə və qızıl balığı xilas etmək mümkün olmayacaq.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO