I qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələ ki, universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir sıra universitetlər ötənilki ilə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olacağını qeyd ediblər. 

Bizim.Media Modern.az-a istinadən I ixtisas qrupu üzrə ötən il universitetlərin təhsil haqlarını təqdim edir.  

Bakı Dövlət Universitetində əksər ixtisasların illik təhsil haqqı 2100 manatdır.  

Onlar içərisində sadəcə Yerquruluşu və daşınmaz əmlakın kadastrının (qiyabi) təhsil haqqı 1700 manatdır.
 

Bundan başqa universitetin Qazax filiallarında tədrisi aparılan – Fizika müəllimliyi (əyani) , riyaziyyat müəllimliyi (əyani), həmçinin riyaziyyat və informatika müəllimliyinin (əyani) illik təhsil haqqı 1500 manat olub. 


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ötən il I qrupa aid olan bütün ixtisasların ödənişi 2000 manat təşkil edib. 

Azərbaycan Texniki Universitetində bu qrupa aid olan ixtisasların illik təhsil haqqı 2100-1700 manat aralığında dəyişir. 

Azərbayacan Memarlıq və İnşaat Universitetində də əksər ixtisasların illik ödənişi 2000 manat təşkil edir. Bu universitetdə qrup üzrə ən yüksək təhsil haqqı Memarlıq (tədbir ingilis dilində) ixtisasında tələb olunur. Həmin ixtisasla illik ödəniş 2500 manat təşkil edir. Bundan başqa iki ixtisas – İnformasiya texnologiyalar və Yerquruluşu və daşınmaz əmlakın kadastrı (hər ikisi qiyabi təhsil forması üzrə) illik ödənişi 1700 manat təşkil edib. 

Azərbayacan Dövlət Pedoqoji Universitetinin I qrup üzrə tədris olunan ixtisaslarında illik ödəniş 2300-2000 manat arasında dəyişir. Belə ki, universitetin Bakıda yerləşən əsas binasında ixtisaslar üzrə təhsil haqqı 2300 manat təşkil edirsə, region filiallarında - Şamaxı, Ağcabədi, Quba və Şəki filiallarında isə 2000 manat təşkil edir. 

Azərbaycan Dövlət İqtisad Universiteti ixtisaslar 2200-1400 manat arasında dəyişir. 

Bakı Mühəndislik Universitetində I qrup üzrə ən aşağı təhsil haqqı tələb olunan ixtisaslar Ekologiya, energetika, maşın mühəndisliyidir ki, bunların da illik təhsil haqqı 2200 manatdır. Ən yüksək təhsil haqqı isə tədrisi həm Azərbaycan, həm də ingilis dilində aparılan memarlıq ixtisasıdır. Bu ixtisasda təhsil alanlar illik 2700 manat pul ödəyir. 

Azərbaycan Respublikası Prezidentinin Dövlət İdarəçilik Akademiyasında I qrup üzrə tədrisi aparılan Kompüter elmləri ixtisasında illik təhsil haqqı 2500 manatdır.
 

Azərbaycan Diplomasiya Akademiyası və İtaliya Azərbaycan Universitetində I qrupa aid ümumilikdə 8 ixtisas tədris edilir ki, onların da hər biri üzrə illik tələb olunan ödəniş 6000 manatdır. 


Milli Aviasiya Akademiyasında I qrup üzrə tədrisi nəzərdə tutulan bütün ixtisasların illik ödənişi 2500 manatdır, Azərbaycan Dövlət Dəniz Akademiyasında isə hər ixtisas görə ödəniş 2000 manat təşkil edir. 

Bakı Ali Neft Məktəbində bu qrupa aid 12 ixtisasın tədrisi həyata keçirilir, onların hər birinin illik ödənişi isə 4500 manatdır. Dövlət Gömrük Komitəsinin Akademiyasında isə keçirilən İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları üzrə ödəniş müvafiq olaraq 2500 və 2800 manat təşkil edir. 

Region universitetlərinə gəldikdə isə Naxçıvan Dövlət Universitetində illik təhsil haqları 1400-1700 manat arasında dəyişirsə, Naxçıvan Müəllimlər İnstitutunda isə tədris olunan 3 ixtisas üzrə illik ödənişlərin hər biri 1700 manatdır.

Gəncə Dövlət Universitetində illik təhsil haqqı ən aşağı olan ixtisas Maşın mühəndisliyidir, bu ixtisas üzrə təhsil alan tələbələr 1200 manat pul ödəyir.
 

Riyaziyyat, həmçinin İnformatika müəllimliyi ixtisasları üzrə tələb olunan ödəniş isə 1800 manat olmaqla universitetdə tədris olunan ixtisaslar arasında tələb olunan ən yüksək təhsil haqqıdır. 


Azərbaycan Dövlət Aqrar Universitetində isə əksər ixtisaslar yalnız dövlət sifarişi hesabına aparılır, lakin bu ali təhsil mərkəzlərində tədris olunan Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları (hər ikisi əyani olmaqla) 1700 manat təhsil haqqı tələb olunur, ödəniş tələb olunan ixtisaslarda isə ödəniş 1500 manat təşkil edir. Gəncə şəhərində yerləşən Texnologiya Universitetində isə tələbələrdən tələb olunan illik ödəniş 1350-1550 manat arasında dəyişir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

End of content

No more pages to load

RADİO