Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt

Bakı şəhərində illərdir dövlət planına salınan bir sıra yaşayış ərazilərində hələ də faktiki söküntü işlərinə başlanmayıb. Sakinlər uzun müddətdir ki, prosesin başlayacağını gözləsələr də, dəyişiklik baş vermir. Bu da əhali arasında narazılıq yaradır.

Planda olan ərazilərin hələ də sökülməməsinin səbəbi nədir? Proses niyə gecikir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, ərazinin plana düşməsi orada dərhal söküntü və tikinti işlərinin başlayacağı anlamına gəlmir:

“Bunun üçün həmin ərazi tikinti şirkətlərinin maraq dairəsində olmalıdır. Şirkət əvvəlcə dəyərləndirmə aparır – orada bina tikib satmaq nə dərəcədə sərfəlidir? Mənzilə tələbat varmı? Qiymətlər bazara uyğundurmu? Bəzi ərazilərdə bütün evlər birmərtəbəlidir. Bu, sahibkar üçün söküntü baxımından sərfəli görünsə də, tikinti şirkətləri həmin yerlərə maraq göstərməyə bilər.
 

Çünki bu ərazilərdə mənzil qiymətlərinin və ya tələbatın aşağı olma ehtimalı var. Əvəzində, sahibkarlar bəzən beşmərtəbəli binaların söküntüsünə üstünlük verirlər. Çünki bu ərazilərdə tikilən yeni binaların satış potensialının, həmçinin kommersiya obyektlərindən gəlirin daha yüksək olması mümkündür”.


Ekspert qeyd edib ki, dövlət bəzi ərazilərdə, məsələn, NZS, Alatava, Papanin, Xutor, Sovetski kimi yerlərdə söküntüyə icazə versə də, prosesi həyata keçirən konkret tikinti şirkəti olmalıdır:

“Şirkət müvafiq layihə ilə Şəhərsalma Komitəsinə müraciət etməli, orada yaşayış binaları tikmək, habelə sakinləri təmin etmək planını təqdim etməlidir. Bu prosesin həyata keçirilməsi üçün əsas iki model var. Sakinlərə əmlaklarına görə bazar qiymətinə uyğun kompensasiya verilir, yaxud tikinti şirkəti vətəndaşı kirayə mənzillə təmin edir, yeni bina tikildikdən sonra ona mənzil təqdim olunur.

Əgər vətəndaşın evi, məsələn, 50 kvadratmetrdirsə, qarşılıqlı razılaşma əsasında əlavə kvadratmetr də verilə bilər. Yəni, əsas məsələ tərəflərin – tikinti şirkətinin və əmlak sahibinin razılığıdır. Razılıq əldə edildikdən sonra sakinlər ya kirayə mənzillə təmin olunur, ya da onlara aylıq kirayə haqqı ödənilir. Bu öhdəliklər yazılı müqavilədə əks edilir. Əlavə olaraq, tikinti şirkəti ilə vətəndaş arasında nə qədər sahənin sökülməsi və qarşılığında yeni binadan ona uyğun neçə otaqlı mənzilin veriləcəyi razılaşdırılır. Bundan sonra vətəndaş evini könüllü şəkildə təhvil verir və tikinti işləri başlayır. Qeyd etdiyim kimi, bu proses yalnız tikinti şirkətlərinin marağı olduqda baş tutur”.

Mütəxəssis əlavə edib ki, dövlət şirkətləri söküntüyə məcbur edə bilməz:
 

“Yalnız tövsiyə mümkündür, lakib şirkət qazanc görmürsə, layihəyə başlamaq istəməyəcək. Son nəticədə, qərar verən tikinti şirkətidir. O, ərazidə mənzilə tələbatı, qiymətləri və gəlir imkanlarını təhlil edərək, sərmayənin qaytarılıb-qaytarılmayacağını hesablayır. Əgər bölgə tələbat baxımından zəifdirsə, şirkət üçün sərfəli hesab olunmur.


Bu səbəbdən bəzi hallarda beşmərtəbəli binaların söküntüsü daha üstün sayılır. Hətta bu söküntü daha baha başa gəlsə də, nəticədə şirkət oradan daha çox gəlir əldə edə bilər. Ona görə də konkret olaraq hansı ərazinin, nə vaxt və kim tərəfindən söküləcəyi məlum deyil. Hələlik heç bir şirkət bu barədə öhdəlik götürməyib. Proses yalnız könüllü razılaşmalarla baş tuta bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU

Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU

Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

Sel Qax-Balakən dəmiryoluna ciddi zərər vurdu - ADY ödənişsiz avtobuslar ayırdı - VİDEO

Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Azadlığını nazirliyin qoyunlarına qurban verdi

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan AÇIQLAMA

"Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"

"Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

TƏBİB həkimlərin işdən çıxarılmasına aydınlıq gətirdi - Məqsəd ixtisar deyil

Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri paylaşıldı - VİDEO

Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri paylaşıldı - VİDEO

Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı - VİDEO

Bakı və Sumqayıtda silsilə oğurluqlar edən şəxs saxlanıldı - VİDEO

İnsanlara qanunsuz orden-medallar verən QHT rəhbərinə HÖKM OXUNDU

İnsanlara qanunsuz orden-medallar verən QHT rəhbərinə HÖKM OXUNDU

Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

Türkmənistan Prezidenti Mikayıl Cabbarovla görüşdü - FOTO

End of content

No more pages to load

RADİO