“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda – FOTO

İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi və “YAŞAT” Fondunun təşkilatçılığı ilə Londonda üçüncü “YAŞAT” yay məktəbi başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir.

Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkan yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.

İyulun 20-dən avqustun 3-dək davam edəcək “YAŞAT” yay məktəbi London Universitet Kollecində təşkil olunub.

Proqram müddətində iştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərində iştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərə maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.
 

“Bakcell” bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyada innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına yönəlmiş sosial layihələrə dəstək şirkətin əsas prioritetlərindəndir.


"NEQSOL Holding"in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və “YAŞAT” Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.

Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU

ABŞ-İran müharibəsi nə qədər uzanacaq? – Gizli sənədlər İFŞA OLDU

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı

Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı

Midiyalıların saldığı bir cənub şəhəri – 11 iqlim tipinin 8-i məhz buradadır – TOPONİMLƏR

Midiyalıların saldığı bir cənub şəhəri – 11 iqlim tipinin 8-i məhz buradadır – TOPONİMLƏR

İrana zərbələr başa çatdı

İrana zərbələr başa çatdı

Şimşək çaxacaq, dolu düşəcək

Şimşək çaxacaq, dolu düşəcək

Argentina-Misir oyununun hakimi haqda qərar verildi

Argentina-Misir oyununun hakimi haqda qərar verildi

Qızıl kəskin UCUZLAŞDI

Qızıl kəskin UCUZLAŞDI

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı

İran şəhərləri ABŞ hücumundan sonra... – VİDEO

İran şəhərləri ABŞ hücumundan sonra... – VİDEO

Yasamalda fərdi yaşayış evində yanğın oldu - VİDEO

Yasamalda fərdi yaşayış evində yanğın oldu - VİDEO

Süni intellektin ən çox təsir edəcəyi PEŞƏLƏR – SİYAHI

Süni intellektin ən çox təsir edəcəyi PEŞƏLƏR – SİYAHI

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

İrandan ABŞ-ın hücumlarına CAVAB - Körfəz ölkələri ALOVLAR İÇİNDƏ - VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB - Körfəz ölkələri ALOVLAR İÇİNDƏ - VİDEO

Müharibə yenidən BAŞLADI – ABŞ İran hədəflərini belə məhv etdi – ANBAAN VİDEO

Müharibə yenidən BAŞLADI – ABŞ İran hədəflərini belə məhv etdi – ANBAAN VİDEO

"Qarabağ" azarkeşlərinin NƏZƏRİNƏ: Bu gün saat 20:00-da...

"Qarabağ" azarkeşlərinin NƏZƏRİNƏ: Bu gün saat 20:00-da...

BİZİM TƏQVİM: 9 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 9 iyulda baş vermiş tarixi hadisələr

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

End of content

No more pages to load

RADİO