“Nahidə xanım gərək bunu etməyəydi, ola bilər ki, səhv edib”
Bu sözləri Moderator.az-a açıqlamasında xalq artisti İlham Namiq Kamal əməkdar artist Nahidə Orucovanın qalmaqala səbəb olan selfisinə münasibət bildirərkən deyib. Qeyd edək ki, həmin selfidə İlham Namiq Kamal da var:
“Fotonun bu qədər tənqid olunmasından xəbərim yoxdur. Nahidə xanım gərək bunu etməyəydi, ola bilər ki, səhv edib. Nə Nahidə xanım, nə də başqası bunu bilə-bilə etməz. Mənə belə gəlir ki, hər bir hüzn gününə, hüzn münasibəti olmalıdır. Nahidə xanım selfini bu şəkildə çəkib paylaşıbsa, səhv edib”.xa0
Qeyd edək ki, dünən Xocalı faciəsinin 27-ci ildönümündə ümumxalq yürüşü zamanı əməkdar artist Nahidə Orucovanın gülərək həmkarları ilə birlikdə selfi çəkib paylaşması sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Vasif Əlihüseyn