Misir Mərdanov Paşinyanın əmisini HARADAN TANIYIR?

“Hadisələrin axarı bizim ürəyimizcədir. Cənab Prezident bu işi elə ustalıqla aparır ki, kənardan baxanda heyran olmaya bilmirsən. Bu gün Azərbaycan əsas siyasi mərkəzlərdən birinə çevrilib.

Məsələn, Suriya rəhbərinin ölkəmizə gəlməsi və burada görüşlər keçirməsi, Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı, ölkə başçısının Paşinyanla bu yaxınlarda baş tutan təkbətək görüşü, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının VII zirvə görüşü və digər beynəlxalq hadisələr bizə böyük ümidlər verir.Cənab Prezidentin “Bizim vasitəçiyə ehtiyacımız yoxdur” deməsi özünəinamın və prinsipial mövqeyin nümunəsidir”.

Bizim.Media xəbər verir ki, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “azpolitika-info”ya müsahibəsində Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışarkən belə deyib.

M.Mərdanov deyib ki, qərbi azərbaycanlıların öz yurduna qayıdacağına da, Zəngəzur dəhlizinin açılacağına da inanır:

“Zəngəzur dəhlizi əlbəttə açılacaq. Söhbət orada 43 kilometrlik bir ərazidən gedir. İndi deyirlər ki, ABŞ bu dəhlizi 100 illik icarəyə götürmək istəyir. Amma tərəflər hələlik buna razı deyillər.

Məncə, növbəti görüşlərdə Prezident İlham Əliyev bu məsələni Paşinyanla həll edəcək. Bilirsiniz, indi müxtəlif fərziyyələr səsləndirilir, insanları çaş-baş salırlar.

Kim nə deyir desin, mənə elə gəlir ki, ən düzünü ölkə başçısı bilir. Özü demişkən, “nəyi, nə vaxt və necə etməli olduğunu” yaxşı bilir. Elə bir anda görəcəyik ki, sənəd imzalanıb”.

M.Mərdanov 2000-ci ildə Ermənistanda olduğu barədə də danışıb:

“2000-ci ildə Azərbaycanın təhsil naziri kimi Avropa Şurasının Ermənistanda keçirdiyi tədbirə qatılmışdım. Tədbirdən sonra İrəvanda onların təhsil naziri, parlament sədri və prezidenti ilə görüşdük. O zaman prezident Köçəryan idi. Dəyirmi stol arxasında söhbət edərkən məndən nə arzuladığımı soruşdular. Mən də bildirdim ki, anadan olduğum kəndi görmək istəyirəm.

Mənim üçün sürücü, eyni zamanda mühafizəçi ayırdılar və öz kəndimizə getdim, evimizdə oldum. Evimizdə yaşlı bir qadın və bir kişi yaşayırdı. Həyətimizə baxdım, çox dəyişmişdi.

Bəzi meyvə ağacları qurumuşdu. Həyətdən bir qədər torpaq və bulaqdan su götürdüm. Qəbiristanlığa da baş çəkdim…”

Keçmiş nazir Nikol Paşinyan haqda danışarkən onun əslinin İcevan rayonundan olduğunu deyib:
 

“Yaxşı xatırlayıram, 70–80-ci illərdə onun əmisinin rayonun tanınmış cərrahı kimi kəndimizin üzdə olan insanları ilə yaxın münasibətləri var idi. Paşinyanla üz-üzə gəlsəm, bu məsələləri mütləq ona xatırladaram.


Hesab edirəm ki, Paşinyan baş verənlərdən düzgün nəticələr çıxarmağa çalışır. Nəhayət, anlayır ki, danışıqlardan başqa yol yoxdur. Fransa və Rusiya onu yenidən qızışdırmağa çalışsa da, hiss olunur ki, Paşinyan bu prosesdən qurtulmaq istəyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

End of content

No more pages to load

RADİO