Leyla Əliyeva Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecədə İŞTİRAK ETDİ - FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 18-də Qədim Çin fəlsəfəsinə və mədəniyyətinə həsr olunmuş “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Gecədə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey “Tanımadığımız Konfutsi” adlı kitab barədə danışıb.

Səfirin sözlərinə görə, əsər Azərbaycan oxucularına Konfutsi fəlsəfəsinə və Çin sivilizasiyasına yeni baxış bucağından yanaşmaq imkanı yaradır. O, Konfutsiliyin Çin mədəniyyətinə dərin təsir göstərdiyini və bu gün də onun ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.

Fəlsəfənin əsas prinsipləri haqda məlumat verən Lu Mey deyib: “Bura özünü inkişaf etdirmə, zəhmətkeşlik, insan və təbiət harmoniyası, ümumi rifahın təşviqi daxildir. Bir-birimizin dilini, tarixini və mədəniyyətini öyrənmək xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir və ortaq gələcəyə malik bir bəşəriyyət birliyinin formalaşmasına töhfə verir.

Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri 33 ildir ki, uğurla davam edir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşmiş, xalqlarımıza konkret faydalar gətirən mühüm nəticələr əldə olunub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri və səfər çərçivəsində Sədr Si Cinpinlə imzalanan birgə bəyanat əsasında Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq qurulub. Bu sənəd ölkələrimiz arasında münasibətlərin yeni tarixi mərhələyə keçidini rəsmi şəkildə təsdiq edib. Xalqlar arasında təmaslar getdikcə daha da intensiv xarakter alır. Çin–Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açacaq.
 

Azərbaycanlı dostlarımızı Çinə səfər edərək Konfutsi fəlsəfəsini və zəngin Çin mədəniyyətini yaxından tanımağa və müasir Çin cəmiyyətinin dinamik inkişafını yerində görməyə dəvət edirik. Azərbaycanın milli dəyərlərinin qorunması, sosial-iqtisadi inkişafı və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsi sahəsində mühüm rola malik olan Heydər Əliyev Fonduna bir daha təşəkkürümüzü bildiririk. Fond uzun illərdir Çin ilə əməkdaşlığa sadiq qalaraq, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə misilsiz töhfələr verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi dövlət başçılarımız tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafı naminə Heydər Əliyev Fondu və azərbaycanlı tərəfdaşlarla birgə işləməyə daim hazırdır”.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qeyd edib ki, Konfutsi fəlsəfəsi Qədim Çin mədəniyyətinin əsas düsturudur. “Bu fəlsəfəni dərk etmək vacibdir. Onun fəlsəfəsində əsas məsələ etika və əxlaqdır. İnsaniyyət və nəciblik ön planda tutulur. Bu, çox maraqlı yanaşmadır.

Belə anlayışlar Azərbaycan mədəniyyəti üçün də mühüm dəyərlərdir”, - deyə İ.Məmmədzadə əlavə edib.

“Tanımadığımız Konfutsi” kitabının müəllifi, filosof Müşfiq Ötgün bildirib ki, əsər ilk dəfə 2016-cı ildə işıq üzü görüb. Kitabın mahiyyətindən söhbət açan müəllif deyib: “Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə doqquz ildən sonra kitabımın ikinci nəşri təqdim olunub. Bu, mənim üçün böyük fəxrdir. Kitabın adı və məzmunu klassik fəlsəfə dərsliklərində Konfutsiyə ayrılan hissələrdən tam fərqlidir. Konfutsi bəşəriyyətin böyük müəllimlərindən biridir və onun hikmətindən bütün dünya agah olmalıdır”.

Tədbirin bədii hissəsində Konfutsi İnstitutunun tələbəsi Raziyə Əhədova Konfutsiyə aid aforizmləri Azərbaycan və Çin dillərində səsləndirib. İnstitutun tələbəsi Sofiya Qarayeva Çin operasından parçalar, müəllimi Qou Yuyuan isə Çin xalq rəqsini ifa ediblər.

Daha sonra qonaqlar “Ənənəvi Çin çay mərasimi” ilə tanış olublar.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

End of content

No more pages to load

RADİO