Mübahisə etdiyi şəxsi baltaladı - Qaçanda özünü maşın vurdu

Bakıda Azər İbrahimovun qətlə yetirilməsi faktı üzrə təqsirləndirilən, əvvəllər məhkumluq həyatı yaşamış Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Təbriz Həsənov vəsatət qaldıraraq cinayət işinə prokurorluqda yenidən baxılmasını tələb edib.

O, məhkəmədə çıxış edərək özünə qarşı haqsızlıq edildiyini iddia edib.
 

Hakim cavabında bildirib ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında törətdiyi cinayət əməlini etiraf edib. Bununla belə, Təbriz Həsənov yenidən sərbəst ifadə vermək istədiyini qeyd edərək məhkəmədən bu barədə xahiş edib.


Dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin vəsatətini əsassız hesab edərək etiraz edib. O qeyd edib ki, şahidlər dindirildikdən sonra ifadələrdə ziddiyyət yarandığı təqdirdə təqsirləndirilən şəxsin yenidən ifadə verməsinə ehtiyac yarana bilər. Dövlət ittihamçısı əlavə edib ki, hazırkı mərhələdə işin yenidən ibtidai istintaqa qaytarılması qeyri-obyektiv olardı.

Eyni zamanda, dövlət ittihamçısı bildirib ki, qətldən sonra baş vermiş avtonəqliyyat hadisəsi ilə bağlı müvafiq sorğular göndərilməlidir.

“Hadisə yerindən qaçarkən Təbriz Həsənovun naməlum avtomobil tərəfindən vurulması ilə bağlı avtomobilin kimə məxsus olması və digər məlumatlar dəqiqləşdirilməlidir.

Hazırda yalnız Seymur adlı şəxsin adı məlumdur. Məlumatlar əldə edildikdən sonra məsələyə münasibət bildiriləcək”, - deyə o qeyd edib.

Zərərçəkmişin hüquqi varisi dövlət ittihamçısının vəsatəti ilə razı olub.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.

Şahidlərin məcburi gətirilməsi qərarına baxmayaraq, onlar prosesdə iştirak etməyiblər.

Məhkəmə müşavirə keçirərək şahidlərin iştirakı təmin olunmadığından prosesi təxirə salıb.

Bu səbəbdən növbəti məhkəmə iclası sentyabrın 12-nə təyin olunub.
 

Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də, saat 22 radələrində Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


İstintaqla müəyyən olunub ki, Azər İbrahimov həmin gün yaxınları ilə restoranda yeyib-içdikdən sonra baş vermiş mübahisə zamanı balta ilə qolundan və kürəyindən xəsarət alıb. Ağır yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təbriz Həsənov hadisə yerindən qaçarkən naməlum avtomobil tərəfindən vurularaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

End of content

No more pages to load

RADİO