Bu gün informasiya gigiyenası dünənkindən qat-qat vacibdir - TƏHLİL

İkinci Dünya müharibəsindən sonra, xüsusilə Soyuq müharibə dövründə ABŞ və SSRİ xüsusi xidmət orqanları arasında gizli savaş müxtəlif kəşfiyyat vasitələri ilə həyata keçirilirdi. Hər iki tərəfin istifadə etdiyi alətlərdən biri də məhz media və jurnalistlər idi. Peşə xüsusiyyətlərinə görə jurnalistlərin kəşfiyyat işində istifadəsi daha effektiv hesab edilə bilər. Çünki jurnalist mikrofonla bir çox qurumlara asanlıqla daxil ola bilir, jurnalist kimliyi altında gizlənərək maraq doğuran suallara cavab axtara bilir və mərkəzə informasiyanı öz yazıları və resursları vasitəsilə ötürə bilir.

Sübut olunmuş tarixi faktlar göstərir ki, ABŞ Amerikanın səsi,Azadlıq Radiosu ilə yanaşı, bir sıra nüfuzlu media orqanlarının əməkdaşlarından agent kimi istifadə edib. SSRİ isə əsasən TASS və Pravda qəzetinin müxbir heyətindən faydalanıb.

"Rossiya Seqodnya" media qrupu balansında yaradılan "Sputnik" İA isə Rusiyaya təbliğat vasitələrini Ostankinodan kənara çıxarmağa imkan verməklə yanaşı, FSB-nin informasiya toplama kanallarını da şaxələndirdi. Xüsusilə 2010-cu ildən sonra yaradılan RT və Sputnik kimi media orqanları qısa müddət ərzində təşkilatlanaraq bir çox ölkədə ofis və nümayəndəliklərini açdı.
 

Bu, cəmiyyətlərə əvvəlcədən hazırlanmış, ictimai rəyi yönləndirən xəbərlərin ötürülməsinə imkan verdi və ən əsası hər kəsin öz dilində. Beləliklə, rus dili bilməyən auditoriyalar da bu informasiyaları öz ana dillərində almağa başladılar və bəzi hallarda bunun təsiri altında qərarlar qəbul etdilər.


Artıq 2016-cı ildə Sputnik ABŞ xüsusi xidmət orqanlarının radarına düşür və onun casusluq fəaliyyəti ilə məşğul olub-olmamasına dair araşdırmalar başlanır. Agentliyin ABŞ ofisində çalışan əməkdaşların dindirilməsi və əldə edilən sənədlər göstərir ki, Sputnik-in mərkəzi ofisi brifinqlərdə veriləcək suallardan tutmuş, xəbərlərdə veriləcək mesajlara qədər bütün prosesi nəzarətdə saxlayır.

Bu araşdırmalar fonunda Sputnik agentliyi 2018-ci ildə ABŞ ərazisində "xarici agent" statusu ilə qeydiyyatdan keçməyə məcbur qalır. Beləliklə bu Sputnikin əslində xəbər resursu yox, təbliğat vasitəsi olmasının ilk rəsmi qəbulu idi.

Digər maraqlı məqam isə 2017-ci ildə Rusiya və Fransa prezidentlərinin birgə bəyanatı zamanı Emmanuel Makronun Sputnik-i onun seçki kampaniyasına müdaxilədə ittiham etməsidir.

Video bu linkdədir: //www.youtube.com/watch?v=gGbsFbQ7b28

Sputnik-in agentura şəbəkəsi olması Estoniya məhkəməsi tərəfindən isə hüquqi cəhətdən təsdiqlənib. Belə ki, agentliyin Estoniya ofisinin əməkdaşı Yelena Burçova “dövlətə xəyanət” maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə sübut edib ki, Yelena Burçova Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək onlardan birbaşa aldığı tapşırıqları yerinə yetirib
 

Çalışdığı resur vasitəsi ilə ictimai fikiri yanıldan xəbərlər yayımlayıb, ölkənin daxili işlərinə müdaxiləyə cəhd edib. Əsas məqsəd isə mərkəzi hakimiyyətə olan ictimai inamı sarsıtmaq olub.
Prosessin növbəti qəhrəmanı isə Sputnik Moldova-nın rəhbəridir. Onun haqqında geniş yazmıram, çünki Azərbaycan mediasında bu barədə kifayət qədər informasiya var. Vitaliy Denisovun Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olması isə artıq foto-faktla sübuta yetirilib.


2022-ci ildən sonra TR və Sputnik-in fəaliyyəti Avropa İttifaqı, Böyük Britaniya, Kanada və digər ölkələrdə rəsmən qadağan edilib. Bu qadağaların səbəbi eynidir: yalan informasiya yayımı, daxili işlərə müdaxilə və ictimai rəyi çaşdırmaq.

Ümumiyyətlə, RT, Sputnik və onlara bağlı çoxsaylı Teleqram kanalları bu gün Rusiyanın dezinformasiya ekosisteminin əsas halqalarını təşkil edirlər. Öncədən hazırlanmış yalan xəbərlər vasitəsilə müxtəlif ölkələrin ictimaiyyətində hökumətlərə qarşı inam və etibar sarsıdılır, proseslər isə fərqli tonda təqdim edilir.

Müasir İT texnologiyaları və süni intellekt kimi yeniliklər dezinformasiya alətlərini daha da gücləndirir. Qısa müddət ərzində müxtəlif dillərdə saxta xəbərlər yaradılır və şəbəkəyə ötürülür. Bəzi mənbələr aylıq 350 mindən çox belə xəbər hazırlandığını və toplam 50 dildə yayımlandığını qeyd edir. Belə xəbərlər həm qısamüddətli, həm də uzunmüddətli təsirə malikdir.

Qısamüddətli təsir dedikdə xəbəri ilk alan auditoriyaya psixoloji təsir nəzərdə tutulur, uzunmüddətli dövrdə isə bu xəbərlər Google kimi axtarış sistemlərində qalaraq təhqiqatların istiqamətini belə dəyişdirə bilir.

Bu səbəbdən bu gün informasiya gigiyenası dünənkindən qat-qat vacibdir. Dövlət müxtəlif orqanları vasitəsilə informasiya məkanında müəyyən "dezinfeksiya" işləri aparır. Ancaq "mikrob və viruslardan" qorunmaq həm də hər bir cəmiyyət üzvünün fərdi informasiya mədəniyyətindən asılıdır. Yalnız bu yolla əvvəlcədən planlaşdırılmış və şəbəkəyə ötürülmüş "informasiya viruslarından" özümüzü müdafiə edə bilərik.

Aqil Məmmədov, politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

Timatidən ona qarşı sanksiyaya CAVAB: "Vecimə də deyil!"

Timatidən ona qarşı sanksiyaya CAVAB: "Vecimə də deyil!"

Aktyordan sərt TƏNQİD: “Əyləncə adı altında biabırçılığı təbliğ edirsiniz!” - VİDEO

Aktyordan sərt TƏNQİD: “Əyləncə adı altında biabırçılığı təbliğ edirsiniz!” - VİDEO

Bakıda 30 il öncə törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda 30 il öncə törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

End of content

No more pages to load

RADİO