Moderator.az xəbər verir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində yazıçı Ulduz Qasımın müəllifi olduğu “Xocalı şikəstəsi” romanı oxuculara təqdim olunub. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sərdi Umud Rəhimoğlu, millət vəkili Hikmət Babaoğlu, baş redaktorlardan Zülfüqar Hüseynzadə, Aqil Camal, Elşad Eyvazlı, Aydın Quliyev və Azər Həsrət iştirak edib.
Roman azərbaycan dili ilə yanaşı, türk dilinə də tərcümə olunub. “Xocalı şikəstəsi” Xocalı sakinlərinin dedikləri əsasında yazılıb. Kitabda Fərhad həkimin fədakarlığından bəhs edilir. Əsər ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsi ilə bir zamanlar baş vermiş faciəni və hadisələrin sonrakı inkişafını dolğunluqla əks etdirib.
Moderator.az tədbirdən fotoları təqdim edir:
Vasif Əlihüseyn