Qadınlar ən çox bu peşə sahibləri ilə evlənmək istəyir - SİYAHI

Qızlar həyat yoldaşı seçimində hər zaman diqqətli olmağa çalışsalar da, yanılmaları  da qaçılmazdır. Ən yaxşısını axtarıb ən pisinə qismət olmaq və ya ümumiyyətlə əli havada qalmaq var. Ər seçimində ən xırda məsələlərə də fikir verən qadınların ilk növbədə diqqət yetirdiyi məsələ kişinin peşəsidir. Elə qızın valideynlərinin də elçilk mərasimində verdiyi ilk sual bəy namizədinin kim olması, harda işləməsi ilə bağlı olur.

Tanınmış tanışlıq xidmətlərinin gəldiyi ümumi nəticə budur ki, indi qızlar əsasən stomotoloqlara üstünlük verirlər. Güman ki, işi dişdən çıxan bu mütəxəssislər bəlkə də qadınları bir müddətlik də olsa susdura bilən tək-tük kişilərdəndir. Hər halda ağzı açıq halda heç kim danışa bilməz.

Respondentlər içərisində stomotoloqları ən çox bəyənən rus qızlarıdır.

İkinci yerdə isə İT mütəxəssisləridir. Bu susqun, başını aşağı salıb texnoloji işlərlə, proqramlarla məşğul olan kişilərin də yəqin elə susmağı qadınların diqqətini çəkib. Evdə çox danışan kişinin olması bir faciədir. Sakit, diqqətli, bütün günü kompüter arxasında oturan, arvadı dəng etməyən, hətta qısqanmağa vaxtı olmayan ər hər evə lazımdır.

Sosioloqlar deyirlər ki, bu iki peşədən olan kişilərin ailələrində nadir hallarda qalmaqallar, eləcə də pulla bağlı problemlər olur. Respondentlərin 43%-i öz həyatlarını hər hansı ixtisas üzrə həkimlə bağlamaq arzusundadır, 38%-i isə daha konkretdir və stomatoloqları seçir. Arqumentləri isə  “qızıl əllər” və məsuliyyətdir.

Bəs Azərbaycanda vəziyyət necədir? Müasir qızlar həyat yoldaşı seçimində kimi görürlər?

Azərbaycanda seçim daha çox ənənəvi dəyərlər, sosial status, maddiyat və valideynlərin təsiri ilə formalaşır. Sosioloq Aytac Həsənova Bizim.Media-ya bildirib ki, qızların və valideynlərin ən hörmətlə yanaşdığı namizədlər həkimlərdir:

“Sahəsindən asılı olmayaraq bütün həkimlər həmişə arzulanan namizədlər olublar. Bəlkə də əksər qızların xəyalından həkimə ərə getmək keçib, zamanla və ya taleyin qisməti ilə dəyişib.
 

Ümumiyyətlə uniformalı kişilər həmişə diqqət mərkəzində olublar. Ona görə də arzulanan kürəkənlərin arasında orqan işçiləri də üstünlük təşkil edir. Dövlət qulluqçularını da unutmaq olmaz. Kostyum və qalstuklu ciddi kişilər stabil və etibarlı ailə həyatına işarə kimi anlaşılır”.


Sosioloq deyir ki, bu sahələrə qızlardan çox onların valideynləri hörmətlə yanaşır. Peşəkar status və yüksək gəlir qızlarının daimi təminatı həm də özlərinin qürur mənbəyi deməkdir.

A.Həsənova müşahidələrinə əsasən son vaxtlar Azərbaycanda da İT mütəxəssislərinə maraq artdığını deyir. Getdikcə artan maaşlar və xaricdə işləmə perspektivləri ilə İT mütəxəssisləri yeni nəsil qızların maraq dairəsindədirlər.

Mütəxəssis bir neçə ilə qədər hərbçilərin də ön sıralarda yer aldığını deyir. Amma son vaxtlar gənc qızlarda hərbçilərin yaxşı ailə başçısi olmalarına şübhə yaranıb.

“Xüsusən də II Qarabağ müharibəsindən sonra hərbçilərə olan hörmət daha da artıb. Hər zaman da xilaskar, mərd oğullar kimi qəlbimizdə qalacaqlar. Amma bir məsələ də var ki, uzun müddət kişi kollektivində olan hərbçilər bəzi hallarda qadınlara qarşı həddindən artıq diqqət, ya da emosional qeyri-sabitlik göstərə bilirlər. Bu da onları sevib-seçən qızları narahat edir.

Sərt xüsusiyyətləri onların özlərini qadından üstün görməyi, qısqanclığı, eyni zamanda digər qadınlara həssaslıqları çaşdırıcı olur ki, belə ziddiyyətli davranışlar qadınları uzaq durmağa sövq edir. Təbii ki, bu hamıya aid edilə bilməz, amma son illərdə qızların bu sahəyə ehtiyatla yanaşmasının səbəblərindən biri budur”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

End of content

No more pages to load

RADİO