Deputat qızlara SƏSLƏNDİ: “Həyat filmlərdəki kimi deyil”

Son dövrlər cəmiyyətdə narahatedici hal müşahidə olunur. “Hazırlıq” adı ilə evdən çıxan, nikah yaşına çatmayan azyaşlıların qoşulub qaçması ilə bağlı xəbərlər eşidirik.  Valideyn razılığı olmadan ailə quran yeniyetmə qızların da sayı artır. Bu vəziyyət təkcə fərdi ailələrə deyil, ümumilikdə cəmiyyətin dəyərlər sisteminə də ciddi təsir göstərir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Bizim.Media-ya açıqlamasında bildirib ki, bu hal ailə institutuna qarşı təhlükə törədir:

“Ənənəvi ailə modeli bizim milli kimliyimizin təməl sütunlarından biridir. Təəssüf ki, bəzi gənclər ailələrinin razılığını almaq əvəzinə, qaçaraq ailə qurmağı daha asan yol hesab edirlər”, - deyə deputat  bildirib.

Deputatın sözlərinə görə, əsas səbəblərdən biri ailədaxili ünsiyyətin zəifliyi və emosional dəstəyin olmamasıdır:

“Gənclər bəzən sosial şəbəkələrdə və filmlərdə gördükləri, reallıqdan uzaq romantik obrazların təsiri altına düşərək düşünülməmiş qərarlar verirlər. Bu cür qərarlar isə nəticədə ciddi fəsadlara yol aça bilər. Təəssüf ki, bəzi gənclər illuziyaya qapılaraq düşünürlər ki, ailədən gizli atılan addım onları daha xoşbəxt edəcək. Amma həyat filmdəki kimi deyil. Evlilik bir qərardan çox, məsuliyyət tələb edən həyat yoludur,” - deyə millət vəkili vurğulayıb.

Günay Ağamalının fikrincə, problemin həlli yalnız qadağalarla deyil, maarifləndirmə, psixoloji dəstək və açıq dialoq yolu ilə mümkündür:

“Gənclərə ailə dəyərləri, münasibət mədəniyyəti və evlilik məsuliyyəti barədə davamlı şəkildə məlumat verilməlidir. Valideynlər nəzarətçi deyil, dəstəkçi obrazda olmalıdır. Qızlarımız ailələrinin sevgisini və razılığını hiss edərək qərar verməlidirlər. Valideyn xeyir-duası ilə qurulan ailələr daha sağlam və uzunömürlü olur”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

End of content

No more pages to load

RADİO