Psixoloq Samirə ilə bloger Aygül arasında bitməyən QALMAQAL – “Adama deyərlər, get tayını tap da...”

“8 illik iş təcrübəmdə ilk dəfə dilimdən təhqir çıxdı. Sonra özümü başqa videoda analiz etdim, daha sonra həmin videomu da məsxərəyə qoydu. Başa düşdüm ki, bəzi insanlara nə tənqid, nə də təhqir təsir göstərir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında psixoloq Samirə Bağırova tanınmış bloger Aygül Quliyeva (Ayaprima) ilə mübahisəsilə bağlı deyib.
 

Qeyd edək ki, onlar arasındakı bu mübahisə sosial şəbəkələrdə başlayıb. Mübahisənin səbəbi isə A.Quliyevanın yazıçı Elxan Elatlının əsərlərindəki bəzi fikirlərlə bağlı tənqid etməsi olub.


Xüsusilə yazıçının “Şantaj” adlı kitabındakı bir hissəni tənqid etməsi, həmçinin S.Bağırovanın kitablarına da münasibət bildirməsi bu mübahisəni qalmaqala çevirib.

İş orasındadır ki, hər iki xanım arasındakı polemika xoş olmayan müstəvidə hələ də davam edir. Psixoloq olduğu halda Samirə Bağırovanın A .Quliyevanı təhqir etməsi, erməni adlandırması, üstəlik valideynlərini həqarət edərək onları aşağılaması bardağı daşıran son damla oldu.

Psixoloq isə saytımıza açıqlamasında bu fikirlərə  belə münasibət bildirib:

“O sözləri dedim, keçdi...”.

“Mən o xanım haqqında heç nə bilmirəm, atasından, bölgəsindən heç xəbərim yoxdur. O cür çıxışım olmamalı, emosiyalara qapılmamalı idim. Onun səhifəsindən səhifəmə gələnlər də söyüş söyürlər. Adama deyərlər ki, get tayını tap da… O sözləri dedim, keçdi. Bu gün qadınla qadın arasında sülh yaratmaq, bullinqi yığışdırmaq istəyirik. Xanımın məhkəməyə müraciət etməyə haqqı da var. Mən bir psixoloq olaraq emosiyalarım olur, bəzən müğənnilər haqqında da çıxışlar edirəm. Onda isə son damla idi”.

Qeyd edək ki, A.Quliyeva S.Bağırova barədə açıqlamasında qeyd edib ki, dövlət qurumlarına müraciət edəcək və Samirə Bağırovanın psixologiya üzrə təhsilinin və lisenziyasının olub-olmamasının araşdırılmasını tələb edəcək. Elə bundan sonra sosial şəbəkələrdə S.Bağırovanın psixoloqluq fəaliyyətiylə bağlı da müxtəlif söyləntilər yaranıb.

Samirə Bağırova bu məsələyə də aydınlır gətirib:

“Hara istəyirsə, müraciət etsin. Bu onu göstərir ki, ölkədə psixologiya sahəsində çalışan heç kimin biliyi yoxdur. Bir psixoloq-konsultantın niyə lisenziyası olmalıdır? Mən həkim deyiləm, dərmanla işləmirəm. Getsinlər mənim diplomumun olub-olmamasını araşdırsınlar, hansı sahə üzrə olduğunu, kimin psixoloq-konsultant kimi işləyə bildiyini, psixoloqa lisenziyanın lazım olub-olmadığını araşdırsınlar. Məndən dövlət diplomumu tələb edərsə, problem yoxdur, göstərəcəyəm”.

“Üzr istəməyə niyyətim yoxdur” .

“Mən xəbər də göndərmişəm, zaman keçsin, əgər o xanım sakitləşərsə, sülh əlimi ona uzatmağa hazıram. Ortaya gözəl işlər də çıxara, cəmiyyətə, qadınlara nümunə ola bilərik. Demirəm ki, doğru etmişəm, amma hələki üzr istəmirəm, istəmək niyyətim də yoxdur. Çünki digər videomu da paylaşıb, məsxərəyə qoyduqda gördüm ki, insan nəticə çıxarmayıb”, - deyə Samirə Bağırova qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

End of content

No more pages to load

RADİO