Bu şəxslər dövlət hesabına vəkillə təmin olunur – HÜQUQİ İZAH

Hər hansı cinayət işində şübhəli və ya təqsirəndirilən şəxslərin hüquqlarını özləri ilə vəkilləri müdafiə edirlər. Lakin bəzi hallarda hər bir şəxsin onu müdafiə edəcək vəkili təyin etməyə maddi gücü çatmır.

Dövlət bəzi kateqoriyadan olan şəxslərin məhkəmələrdə təmsil olunmaları üçün öz hesabına həmin şəxsləri pulsuz vəkillə təmin edir.

Bəs hansı halda şəxslər dövlət hesabına vəkillə təmsil oluna bilirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev deyib ki, dövlət hesabına vəkilin təyin olunması prosesi cinayət işlərində nəzərdə tutulub:

“Şəxs saxlandığı andan vəkillə təmin edilməlidir. Saxlanılan anda həmin şəxsin hüquqları elan olunur və ona öz vəkilini dəvət edə bilməsi izah olunur. Əgər öz vəkili yoxdursa, ona dövlət hesabına vəkil təyin olunur. Həmin prosesdə şübhəli şəxs, təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edildikdən sonra onun öz vəkili yoxdursa, özü müqavilə bağlayaraq vəkil tutumağa maddi imkanı çatmırsa, ona dövlət tərəfindən həm istintaqda, həm də məhkəmədə aparılan prosesdə təmsil olunması üçün vəkil təyin olunur”.

O, bildirib ki, zərəçəkmiş şəxsə və digər proses iştirakçılarına dövlət hesabına vəkil təyin edilməsi nəzərdə tutulmayıb:

“Xüsusi iddia icrası qaydasında qaldırılan iddiada isə şəxs şərəf və ləyaqətinin alçaldılması, böhtan və təhqirə məruz qalması ilə bağlı polisə yox, məhkəməyə müraciət edir. O zaman digər şəxs məhkəməyə müraciət edə bilər ki, mənim prosesdə vəkillə təmsil olunmağım üçün maddi imkanım yoxdur və onun vəkillə təmin olunması üçün qərar qəbul olunmasını istəyir. Məhkəmə bunun doğruluğunu araşdırır və həqiqətən onun maddi imkanı yoxdursa və vəkilə ciddi ehtiyacı varsa, məhkəmə qərar qəbul edir və vəkilin təyin olunması ilə bağlı ərazi üzrə vəkil bürosuna müraciət edir. Yəni hər adama dövlət hesabına vəkil təyin olunmur, bunun üçün araşdırma aparılır.

Ali məhkəməyə müraciət olunması üçün mülki işlərdə də vəkilin iştirakı mütləqdir. Bəzi hallarda maddi imkanları yol vermədikləri təqdirdə kassasiya şikayətinin hazırlanması və göndərilməsi üçün vəkillə təmin olunması üçün məhkəməyə müraciət edirlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

End of content

No more pages to load

RADİO