Azərbaycan Prezidenti İlham Əliyevin REAL TV-nin və Mirşahin Ağayevin timsalında yerli mediaya müsahibə verməsi Azərbaycan praktikasında bir ilk olmaqla yanaşı, həm də Prezidentin daha bir xarakterik xüsusiyyətini üzə çıxardı: Prezident bu müsahibəsi ilə islahatların yeni mərhələsində media ilə əməkdaşlığa necə böyük önəm verdiyini nümayiş etdirdi. Bu, media ilə əməkdaşlığın yeni formatıdır. Və bu yeni formatda da Prezident kifayət qədər parlaq performans nümayiş etdirdi. Ancaq Sevinc Osmanqızı kimi uğursuz telejurnalist başda olmaqla bəzi bədxah şəxslərin hətta bu yeni formatı da "qılınc"lamağa çalışması yalnız və yalnız peşə paxıllığından və siyasi korazehinlikdən irəli gəlir. Mən əminəm ki, əgər Sevinc Osmanqızının buna imkanı olsaydı, o, çox böyük məmnuniyyətlə cənab Prezidentlə müsahibədə Mirşahin Ağayevin yerində olmaq istərdi. Lakin o, indi "gerçəkləşməyən arzular" nostaljisinin üzərinə biraz da nifrət dozası əlavə edərək məlum müsahibəni öz aləmində qaralamağa çalışır. Hər şeyi qara rəngdə görənlərə və göstərmək istəyənlərə yazığım gəlir. Gerçəkdən də yazıqlar olsun!
Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri