Bu gün onların günüdür – Bakı kəndlərinin qeyri-adi ADƏTLƏRİ – ARAŞDIRMA

Bakılılar dedikdə çoxlarının ağlına başlarında aerodrom papaq, əllərində təsbeh olan “bakılı qədeşlər” düşür. Ancaq əslində Bakı ədəbiyyata, mədəniyyətə xeyli töhfə vermiş, ziyalı, ictimai-siyasi xadimləri ilə tanınır. Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu ağa Bakıxanov, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Əliağa Vahid, Cahangir Cahangirov, Lütfi Zadə, Yaşar Nuriyev, Nəsibə Zeynalova, Əlibaba Məmmədov, Şövkət Ələkbərova, Ağaxan Abdullayev və s məhz həmin bakılılardandır. Onların böyüdüyü Bakının kəndlərinin hər biri xüsusi adət-ənənələri ilə seçilir.

Maraqlı ənənələr, yerli inanclar...

Elə bu yazıda da Bakının rəngarəng ənənələrindən,  yerli inanclarından söhbət açacağıq...

Bakı kəndlərinin maraqlı adətləri deyiriksə,  toylarından bəhs etməmək olmaz. İllər keçsə də, bakılılar qədim toy adətlərini qoruyub-saxlayırlar. Belə ki, burada toylar adətən “el toyu” adlanır və qız toyunda ancaq qadınlar, oğlan toyunda isə sadəcə kişilər olur. Yəni, əgər siz bu gün hansısa Bakı toyuna getsəniz, orada  ya ancaq qadınlar olacaq, ya da kişilər...                     

Bakı kəndlərində toydan sonra qız tərəfdən oğlan tərəfə 3 gün xörək göndərilir. Belə ki, təntənə ilə ilk gün quymaq, ikinci gün düşbərə və qutab, üçüncü gün isə plov aparılır.

Bəs siz bakılıların nişanda içmək üçün kakao verdiyini bilirdiniz?

Sakinlərin dini inancları da toy adətlərində özünü göstərir. Məsələn, Buzovnada toy olarsa, toy karvanı qəsəbədə yerləşən Əli Qədəmgahından mütləq keçməli, oranı ziyarət etməlidir.

Qədəmgahın önündə oğlan tərəfindən biri dayanır və karvandakı sürücülərə hədiyyə paylayır.

Kişi toylarında yemək olaraq xüsusi Bakı küftəsi verilir.  Kəndlərin çoxunda isə bu küftəni bişirmək üçün xüsusi aşpaza ehtiyac duyulmur. Çünki toy olarsa, qohum-əqrabadakı qohumlar toy yerinə gedir, yeməyi onlar bişirir, mətbəxdəki digər işləri də özləri görürlər. Bu da onların birliyinin, mehribanlığının, ailə dəyərlərinin nümunəsidir.

Bu ayıb sayılardı...

Ailə dəyərləri demişkən, bakılılar üçün böyük-kiçik məsələsi xüsusi önəm daşıyır. Ağsaqqalların sözlərinə görə, əvvəllər nəinki uşaq böyüyü görəndə, hətta böyük belə özündən kiçiyi gördükdə ayağa qalxardı...

Elə burada  bir bakılı ağsaqqalın xatirəsini sizinlə bölüşüm:

“Uşaq idim, Maştağa kəndində Seyidəli müəllim var idi. Mən içəri girəndə ayağa qalxdı. Yanındakılar ondan soruşdular ki, niyə  ayağa durursan? O, dedi ki, ola bilsin ki, bu uşaq böyüsün, bizdən də çox bilsin. İndidən ona ayağa qalxmağı, salamlaşmağı öyrədirəm”.

Bakılılarda əsas önəmli məsələ qadına-qıza bəslənən hörmətdir. Ağsaqqal və ağbirçəklər deyirlər ki, əvvəllər əgər yoldan gənc gəlin, qız keçirdisə, kişilər ona tərəf baxmazdılar. Bu, ayıb sayılardı.
 

Məhəllədə kənddə bir problem olarsa, sakinlər onu birgə həll edər, bacardıqları qədər ehtiyacı olana kömək edərdilər. Bakıda böyüklərin, qohum-əqrəbanın sözü böyük önəm daşıyır, toy-yas məclisləri qohum-qonşuyla məsləhətləşərək təşkil edilir. 


Bakının şadlıq məclisləri muğamsız, meyxanasız keçməz. Saatlarla qəzəllər, şeirlər, meyxanalar söylənər. Burada əhali qədim zamanlardan gülçülüklə, quşçuluqla, əkin-biçinlə, üzümçülüklə məşğul olub. Elə buna görə də Bakı şanısı, zəfəranı xüsusilə seçilir.

Qeyd edək ki, bu gün 1 iyul Bakılılar günü kimi qeyd olunur, bakılılar bir-birlərini özlərinə məxsus ləhçələriylə təbrik edirlər.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

Bakıda küçələr YUYULDU - FOTO

Bakıda küçələr YUYULDU - FOTO

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Türkiyədə çağırışa gedən polis güllələndi

Türkiyədə çağırışa gedən polis güllələndi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

AQTA heyvan daşınmasındakı yeni qaydalara aydınlıq gətirdi

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Ukrayna yeraltı dron fabrikini amerikalı senatora GÖSTƏRDİ - FOTO

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Azərbaycan Basketbol Liqasında böyük YENİLİK: Format və qaydalar dəyişdi!

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr YARADILACAQ?

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

Günay Novruzqızına VƏZİFƏ VERİLDİ

F-16 eniş zamanı alovlandı – VİDEO

F-16 eniş zamanı alovlandı – VİDEO

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi

Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi

Dənizin suyu isti olsa da, ÇİMƏRLİK HAVASI olmayacaq

Dənizin suyu isti olsa da, ÇİMƏRLİK HAVASI olmayacaq

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

İlham Əliyev "Yasəmən" hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

İlham Əliyev "Yasəmən" hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası

Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası

Samirə aylar sonra qızına qovuşdu – Video

Samirə aylar sonra qızına qovuşdu – Video

4 ilə bu qədər dəyişdi– Fotolar

4 ilə bu qədər dəyişdi– Fotolar

End of content

No more pages to load

RADİO