Dövlət İmtahan Mərkəzi iyunun 24-də “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirəcək.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Bizim.Media