Subsidiyalar bəzi hallarda təyinatından kənar xərclərə yönəldilib - Hesablama Palatası

2025-ci ildə dövlət büdcəsindən ayrılan subsidiyaların bir hissəsi istifadə olunmayaraq qalıqda saxlanılıb, bəzi istiqamətlərdə isə illərdir subsidiyaların verilməsinə baxmayaraq fəaliyyətin nəticəliliyi aşağı səviyyədə qalıb.

Bizim.media xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.

Məlumata görə, 2025-ci ildə inzibati təsnifat üzrə 47 istiqamətdə subsidiya nəzərdə tutulsa da, onlardan yalnız 46-sı üzrə icra həyata keçirilib.

“Bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması” istiqaməti üzrə ayrılması planlaşdırılan vəsait isə icra edilməyib.
 

Hesablama Palatasının təhlillərinə əsasən, subsidiya istiqamətləri üzrə icra səviyyəsi dürüstləşdirilmiş təyinatla müqayisədə 16,2%-100% arasında dəyişib. 19 istiqamət üzrə vəsait tam icra olunub, 15 istiqamət üzrə icra səviyyəsi 90%-dən yüksək, 12 istiqamət üzrə isə 90%-dən aşağı olub.


İcra edilmiş subsidiyalarda ən böyük pay – 41% – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olub. Bu vəsaitlər kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin, məhsul, toxum, heyvan və barama subsidiyalarının verilməsinə yönəldilib.

Palatanın bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin qiymətləndirilməsi üzrə auditində müəyyən olunub ki, əkin subsidiyalarının maliyyələşdirilməsində əsasən əkin və şum işlərinin aparılması nəzərə alınır, məhsuldarlıq göstəricilərinə bağlı risk meyarları isə formalaşdırılmayıb.

Nəticədə bəzi fermerlərin fəaliyyətinin məhsuldarlığın artırılmasından daha çox subsidiya əldə etməyə yönəldiyi qeyd olunub.

Aqrar sığorta sahəsində aparılan audit isə heyvanların sığortalanma səviyyəsinin aşağı olduğunu göstərib. Aqrar Sığorta Fondunun məlumatına əsasən, 2023–2025-ci illərdə sığortalanan heyvanların sayı ümumi iribuynuzlu və xırdabuynuzlu heyvanların cəmi sayının cəmi 0,04%-0,08%-ni təşkil edib. Hesablama Palatası bunu heyvanların identikləşdirilməsi və birkalanması prosesinin zəif aparılması ilə əlaqələndirib.

Rəydə qeyd olunub ki, dövlət müəssisələrinə ayrılan subsidiyalar arasında ən böyük xüsusi çəki ictimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclərə məxsus olub.

Bu vəsaitlərin əsas hissəsi Bakı şəhərində sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması məqsədilə “BakuBus” MMC-yə yönəldilib. Subsidiyalar üzrə yüksək pay alan digər qurumlar isə “Azəristiliktəchizat” ASC və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olub.

Hesablama Palatası həmçinin bildirib ki, 2025-ci ildə həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri subsidiyaların bəzi hallarda təyinatından kənar, o cümlədən əsaslı xərclərin maliyyələşdirilməsinə yönəldildiyini göstərib.

Halbuki Dövlət Maliyyə Statistikası Təlimatına əsasən subsidiyalar yalnız cari xərclərin ödənilməsi məqsədilə istifadə olunmalıdır.
 

Rəydə əlavə olunub ki, bəzi təşkilatlar ayrılmış subsidiyalardan tam istifadə etməyərək ilin sonunda vəsaitləri bank hesablarında saxlayıblar. Nümunə olaraq, İpoteka və Kredit Zəmanət Fonduna sahibkarların manatla aldığı kreditlər üzrə faiz subsidiyalarının maliyyələşdirilməsi üçün ayrılmış 15 milyon manat vəsaitin 9,9 milyon manatının ilin sonunda istifadə edilmədən qaldığı göstərilib.


Hesablama Palatası dövlət büdcəsindən subsidiyaların verilməsi mexanizmini tənzimləyən daha aydın meyarların və konkret qaydaların hazırlanmasının vacibliyini vurğulayıb. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO