Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutuldu - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi günün 24 saatı etibarlı şəkildə qorunur.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bunu sübut edən növbəti hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Rayonun Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Əraziyə gələn polislər obyektə baxış keçirən zaman marketə hər hansı bir ziyanın dəymədiyini müəyyən ediblər.

Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb. Mühafizə polislərinin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə təhvil verilib. Həmin şəxs ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin rəhbəri özünü qismən günahkar bilib - MƏHKƏMƏ

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin rəhbəri özünü qismən günahkar bilib - MƏHKƏMƏ

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb

Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb

Sürücülük hüququ ömürlük veriləcək?

Sürücülük hüququ ömürlük veriləcək?

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Premium təmir, geniş infrastruktur və sərfəli şərtlər bir layihədə - “City Garden Narimanov”

Premium təmir, geniş infrastruktur və sərfəli şərtlər bir layihədə - “City Garden Narimanov”

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Eks-prezidentə 30 il iş kəsildi

Eks-prezidentə 30 il iş kəsildi

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

End of content

No more pages to load

RADİO