“Mehriban xanım Prezidentə “bu qızın gözləri gözəldir” dedi...”- Video

Xırdalan şəhərinin Atyalı qəsəbəsinin dar küçələrindən birində kiçik həyəti olan balaca bir ev var. Bu divarlar arasında 2 istedadlı qız böyüyür. Onlardan biri sözün əsl mənasında səsi ilə hər kəsi heyrətləndirib. Söhbət Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışında ayaq üstə alqışladığı uşaqlardan biri Türrə Hüseynovadan gedir.

Bu reportajda onunla tanış olacaq, arzuları və gələcək planlarından danışacağıq

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az” ifası ilə hər kəsi heyrətləndirən 13 yaşlı Türrənin evinə yollanıb. Kirayə qaldıqları bu evin qapısını da bizə elə özü açdı. Mehriban, sadə və istedadlı bir ailədə böyüyür Türrə. Ondan bir yaş kiçik bacısı Əsnad da özü kimi muğam təhsili alır.

Xıdalan şəhər 6 nömrəli tam orta məktəbin 7a sinif şagirdi olan Türrə eyni zamanda Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin 2-ci sinfində oxuyur. Açılış gününü - 10 mayı qəhrəmanımız belə xatırlayır: “Ağdam Muğam Mərkəzinin açılışında oxuduğumuz “Qarabağ şikəstəsi”ni ifa etməyə hazırlaşmağımız haradasa 20-25 gün vaxt aldı. Hər gün davamlı olaraq məşqlərə gedirdik. 

Təbii ki, çox həyəcanlı idim. Ümumiyyətlə, çıxış etdiyim hər bir tədbirdə xüsusi həyəcan olur. Prezidentin kövrəlməsi, bizi alqışlaması məni çox qürurlandırdı. Tədbirdən sonra isə Mehriban xanım mənim gözlərimə baxaraq “gözləri çox gözəldir” dedi. Daha sonra Prezidentimizə tərəf yönələrək “bu qızın gözləri gözəldir, baxın” dedi. Prezidentimiz isə yaxınlaşaraq məni öpdü”.



Ağdamdakı açılışdan sonra həmin uşaqlar eyni tərkiblə Laçındakı tədbirdə də çıxış ediblər: “Bu dəfə bizi üç ölkənin prezidenti dinləyirdi. Təbii olaraq həyəcanımız daha da çoxalmışdı. İlk tədbirdə çıxış edərkən tərəddüd edirdim ki, “birdən yaxşı çıxış edə bilmərəm”. Amma o tədbirdən sonra məndə özünəinam yarandı. Nə qədər həyəcanlı olsam da, bacarmayacağımı düşünmədim”. 

Bu hadisə Türrənin həyatında çox şeyi dəyişib. Məktəbdə də uşaqların ona olan münasibəti artıq fərqlidir: “Sinif yoldaşlarım mənimlə fəxr edirlər. Yuxarı siniflərdə oxuyan uşaqlar demək olar ki, məni tanımırdılar. Amma bu hadisədən sonra hamı tanıdı. Mənə yaxınlaşıb salam verirlər, “sən Prezidentin alqışladığı qızsan” deyirlər. 



Müsahib məktəbi əla qiymətlərlə oxuyur. Musiqiyə olduğu qədər məktəb dərslərinə də vaxt və diqqət ayırır. Müəllimləri də bu işdə ona dəstək göstərirlər: “Musiqiyə elə lap uşaqlıqdan marağım var idi. Hələ 5 yaşım olarkən qulaq asdığım mahnıları oxuyurdum. 11 yaşımda isə musiqi məktəbinə daxil oldum. Bacımla birlikdə dərslərimizə hazırlaşırıq. Eyni zamanda musiqi ilə də məşğul oluruq. Əsnad musiqi məktəbində birinci sinifdə olduğu üçün mən irəlidə olan proqramlardan ona öyrədirəm ki, gələcəkdə daha asan olsun. Məsələn, “Heyratı” muğamını çox sevirəm, amma hələ ifa edə bilmirəm. Səbəb isə o muğamın 4-cü sinifdə keçirilməsidir. Həm də səsim hələ ki, gəlib o həddə çatmayıb.

Davamlı olaraq müsabiqələrdə iştirak edirik. Bu sahədə özümə örnək gördüyüm çox sənətçilərimiz var. Elə öz müəllimim Humay Məmmədova da onlardan biridir. Mən bu sahədə uğur qazanmaq, irəliləmək, böyük xanəndə olmaq istəyirəm. Bunun üçün də çox çalışmalıyam”.



Bacıların istedadlı olduqlarını duyan və onlara ilk dəstəyi göstərən məhz analarıdır. İlahə Hüseynovanın musiqi təhsili var. Hazırda özü də el şənliklərinə dəvət alır. O deyir ki, hələ qızı Türrənin 5 yaşı olarkən onun səsinin olduğunu anlayıb: “Əsnadın səsi bir az vokala meyillidir, Türrənin səsi isə sırf xanəndəliyə. Ona görə də dedim, niyə də yox?! Qoy ikinci Gülyaz-Gülyanaq bacıları yetişsin Azərbaycanda.



Sırf bu sahədədə uğur qazanmalarını istəyirəm. Mən onları başqa sahədə görmürəm. Hərdən görürəm ki, iki bacı öz aralarında danışırlar. Biri o birinə deyir ki, “mən diş həkimi olacağam”, digəri də deyir, “mən polis olacağam”. Elə ki, mən səsimi çıxardıram ki, “bəs səs?” həmin an özlərini yığışdırırlar. Mən özüm müəyyən səbəblərə görə bu sahədə irəliləyə bilmədim. Ona görə istəyirəm onlar uğur qazansınlar”.  



İlahə xanım həyat yoldaşını 1 il 3 ay əvvəl itirib. Ailə başçısı özü də vaxtilə tar ifaçılığı üzrə musiqi təhsili alıb. Onun qəfil vəfatı həm ananı, həm də uşaqları sarsıdıb: “Övladları ilə qürrələnirdi. Ən  böyük arzusu da elə övladlarının uğurunu görmək idi. Təəssüf ki, bu günləri görmək ona qismət olmadı. Amma əminəm ki, ruhu şaddır”. 

Bacılarla birgə hazırlaşıb Gülablı kənd Uşaq Musiqi Məktəbinə üz tuturuq. Bu gün onların məktəbdə məşqləri var. Uşaqlar məşq edir, biz isə qızların muğam müəllimi olan Humay Məmmədova ilə həmsöhbət oluruq. O da bacıların hər ikisinin istedadından söz açır: “Əsnad da Türrə də çox istedadlı və çalışqan uşaqlardır. Bizə məlumat gələndə ki, Ağdam Muğam Mərkəzinin açılışı olacaq və ora ifaçılar lazımdır, heç düşünmədən Türrəni seçdik. 



Çünki əmin idik ki, bacaracaq. Uşaqların səslərinə Əməkdar artist Təyyar Bayramov qulaq asdı və çox bəyəndi. Uşaqlar üzümüzü ağ elədilər. Hər üçü bizim məktəbin şagirdləridir. Əhədlə Türrənin müəllimi mənəm, Rüfətə isə bu peşənin incəliklərini Habil Məmmədov öyrədir. Uşaqların çıxışı bizi çox qürurlandırdı. Gözlədiyimizdən də artıq nəticə əldə etdilər”. 

Türrənin və Əsnadın uğur yolu hələ yeni başlayır. Balaca bir evdən yüksələn bu səslər, gələcəkdə Azərbaycanın musiqi səhnəsində böyük izlər buraxa bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Zelenski baş naziri işdən çıxardacaq

Zelenski baş naziri işdən çıxardacaq

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Qətərdə 4 günlük matəm elan edildi

Qətərdə 4 günlük matəm elan edildi

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bağçalara qəbul prosesi davam edir - Hansı dəyişikliklər tətbiq olunur?

Bağçalara qəbul prosesi davam edir - Hansı dəyişikliklər tətbiq olunur?

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi

End of content

No more pages to load

RADİO