Azərbaycanda GÖBƏLƏK TURİZMİ - Regional aeroportlar niyə işləmir?

Azərbaycanda məhdudiyyətlər dövründən sonra turizm sahəsində yenidən canlanma başlayıb. Amma bu sahənin inkişafa əngəl törədən pandemiyadan öncəki amillər – infrasturktur problemləri, qiymətlərin yüksək olması, istirahətə mental yanaşma, otellərdə tətbiq olunan məhdudiyyətlər və s. qalmaqdadır. Ümumilikdə, götürdükdə başlanan tendensiya ölkəmizin region ölkələrindən yenə də geri qalacağını proqnozlaşdırmağa imkan verir. 

Azərbaycanda turizmin inkişafına əngəl olan başlıca amillər hansılardır?

Gürcüstana 8,7 milyon, Azərbaycana isə 3 milyon nəfər gəlib

Otellər və Restoranlar Assosasiyasının İdarə Heyyətinin sədri, “Ekoturizm” Assosasiyasının İcraçı direktoru Samir Dübəndi Azərbaycan turizminin inkişafını region ölkələrindən Gürcüstanla müqayisəsini məqsədəuyğun hesab etsə də, Türkiyə ilə müqayisəni doğru hesab etmir.
 

MÖVZU İLƏ BAĞLI:

Turizm bazarında “BAZARDIR” - Dövlət Turizm Agentliyi niyə GÖZ YUMUR? 


O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumiyyətlə bu günki statistikanı müqayisə etməyə dəyməz: 

“Hazırda bütün ölkələrin turizmi çöküb, ortada normal statistika da yoxdur. Öncəki llərə qayıtsaq, Gürcüstan üçün rekord göstərici 2019-cu ildə müşahidə olunub – onlar 8,7 milyon turist qəbul ediblər. Həmin il Azərbaycan 3 milyon nəfərdən bir qədər artıq turist qəbul edib. Amma turizmdən əldə olunan qazanclara baxsaq, baxmayaraq ki, Gürcüstan bizdən 3 dəfə artıq turist qəbul edib, əldə olunan qazanc təxminən 2 dəfə fərqlənir. Bunun izahı isə Azərbaycan turizminin daha bahalı olmasındadır. Bizim öz vətəndaşlarımız belə Azərbaycanda gedib 5 ulduzlu otellərdə qalmağa üstünlük verirlər, daha sonra isə qiymətləri Gürcüstanla müqayisə edirlər”.

Regional hava limanları niyə işləmir?

Samir Dübəndi qeyd edib ki, Gürcüstan neft, digər təbii resurs ölkəsi olmadığından bir növ turizmi inkişaf etdirməyə məcbur olublar: 

“Orada hava nəqliyyatı dəhlizlərinin həyata keçirilməsində üstünlük var, Azərbaycan bu cəhətdən bir az geri qalır. Bakıdan əlavə regionlarda 5 hava limanı olsa da, onların hazırkı fəaliyyəti ürəkaçan deyil. Digər tərəfdən turizm xidmətlərinin və məhsullarının təqdim ediməsində fərqlər var. Gürcüstanda aqrar turizmə, təbiətlə bağlı olan turizmə, ekoturizmə diqqət yetirilib ki, bu da müxtəlif ölkələrdən olan turistləri ora cəlb edib. Azərbaycanda isə şəhər turizminə, işgüzar turizmə və tədbirlərin ətrafında formalaşan turizmə diqqət yetirib”.

Ekspert pandemiyanın Azərbaycanda turizm çeşidlənməsini amilini aktuallaşdırdığını deyir:

“Azərbaycanın geniş təbii, coğrafi imkanlarından istifadə edərək, ekoturizm, aqrar turizm, müalicəvi turizm və s. qurula bilər. Həm dövlət olaraq bu istiqamətdə addımlar atılır, həm də biznesi təmsil edən Assosasiyalar kimi, biz də bu cür tədbirlər həyata keçiririk. Düşünürük ki, bu yay vətəndaşlarımız yeni imkanlarla, yeni təkliflərlə üzləşəcəklər”.

Yeyək, içək, yataq – Turizmə milli yanaşma

Samir Dubəndi ölkəmizdə turizmin inkişafına mane olan mental yanaşmadan da danışıb: 

“Biz daha çox passiv istirahətə üstünlük veririk – rayona gedək, gecələmək üçün qışda isti, yayada sərin yerimiz olsun, yaxşı yemək olsun. Bir sözlə yeyək, içək, başımızı qoyub yataq. Amma dünya ölkələrində istirahətə fərqli yanaşma var. Aktiv istirahət, insan sağlamlığını bərpa edən fəaliyyətlər də var. Meşələrdə, dağlarda, çəmənliklərdə gəzintilər, piyada, atla gəzintilər var, təbiəti seyr etmək, vəhşi heyvanların həyatı, bitgilərlərlə tanışlıq var, gileməyvə, göbələk yığımı, ekstrim və s kimi fəaliyyətlər Azərbaycanda populyar deyil. Biz bu fəaliyyətlərə üstünlük verməklə həm öz vətəndaşımızın istirahətini, rekvizasiyasını təmin edə bilərik, eyni zamanda daha çox xarici vətəndaş cəlb edə bilərik”.

“Beş Barmağın” bərbad günü

Assosasiya rəhbəri turizm infrastrukturunda olan problemlərə toxunub: 

“Azərbaycanda 4 istiqamət üzrə turizm dəhlizləri yaradılıb. Şimal istiqaməti üzrə ənənəvi dayanacaq yerimiz “Beş barmaq” ərazisidir. Bu gün həmin ərazi bərbad vəziyyətdədir, antisanitariya hökm sürür. Bu ərazinin aid olduğu icra hakimiyyətinə dəfələrlə KİV vasitəsilə müraciət etsək də, problemlər həllini tapmayıb. Turistlər üçün yeni, alternativ dayanacaq yerlərinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bu sevindirici haldır”. 

Digər üç istiqamət üzrə isə (Cənub, Qərb və Şimal - Qərb) infrastruktur yerli imkanlara və tarixi və təbiət abidələrinə uyğun şəkildə formalaşdırılması tam başa çatmayıb.

Bu məsələlər turrizmin tam inkişafı üçün yenidən nəzərdən keçirilməlidir. Beşinci istiqamət isə gələcək üçün Qarabağ bölgəsi olacaq. Həmin bölgədə turizmin qurulması üçün isə “Böyük Qayıdış” planında bütün zəruri addımlar nəzərə alınmalıdır. Sağlamlıq turizmi də beşinci istiqamət üzrə vacib faktorlardan biri olmalıdır.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

“Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin rəhbəri özünü qismən günahkar bilib - MƏHKƏMƏ

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin rəhbəri özünü qismən günahkar bilib - MƏHKƏMƏ

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

Sosial şəbəkələrə YENİ TƏLƏBLƏR - Yaş məhdudiyyəti qaydalarını pozanlarla bağlı cərimələr BƏLLİ OLDU

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

16 yaşa qədər uşaqların sosial şəbəkədən istifadəsi QADAĞAN OLUNUR

Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb

Bir sıra xəbər saytlarında pozuntular aşkarlanıb

Sürücülük hüququ ömürlük veriləcək?

Sürücülük hüququ ömürlük veriləcək?

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Premium təmir, geniş infrastruktur və sərfəli şərtlər bir layihədə - “City Garden Narimanov”

Premium təmir, geniş infrastruktur və sərfəli şərtlər bir layihədə - “City Garden Narimanov”

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Həftə sonu bürcləri nə gözləyir? - Hansı bürclər xoş xəbər alacaq?

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Köhnə binalarda mənzillər UCUZLAŞACAQ

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ilk dəfə heyvanların elektron izləmə sistemi yaradılacaq

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Şuşada yerləşən abidələrlə bağlı QƏRAR

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Azad olunmuş ərazilərə 25 milyard manat ayrılıb – AÇIQLAMA

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Torpaq sahələri ilə bağlı YENİLİK – Qanun dəyişir

Eks-prezidentə 30 il iş kəsildi

Eks-prezidentə 30 il iş kəsildi

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə beynəlxalq Konvensiyaya qoşulacaq

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

Dağ kəndlərində kommunal tariflər AZALDILSIN – Deputatdan TƏKLİF

End of content

No more pages to load

RADİO