Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK – ŞƏRTLƏR

Bundan sonra azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Fətva ötən il verilsə də, qeyri-müsəlmanlar tərəfindən  çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlılığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlılığa görə cəza da yoxdur.

Dinşünas Yuri Tabak  diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlılıq olmasa da, eyni zamanda iki ailəsi olan kişilər çoxdur.

"Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu, qadağandır. Digər tərəfdən, müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanuniləşdirmirik?! Amma hələlik bütün bunlar sual altındadır”.

İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Kirill Kabanov isə narahatdır ki, çoxarvadlılığın leqallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər.

Onun fikrincə, növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi/tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir.

Rus Pravoslav Kilsəsi də çoxarvadlılığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl, hətta qadın onunla evlənmək niyyətində olmasa belə, “100 dəfə düşünməyə” çağırıb.

Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poliqamiya qadağan olunsa da, monoqomik ola bildikmi?

Bu sualın səmimi cavabı, böyük ehtimalla yoxdur. Amma yanaşmalar var, əlbəttə... Müasir həyat bizə monoqamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni insan təbiətən poliqamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poliqamiya psixi pozuntudur.
 

“İnsanın həyatında bir yoldaşı, tərəfdaşı, ömür dostu olduğu halda, ikinciyə, üçüncüyə nə ehtiyac var? Çoxarvadlılıq kişiyə problemlərdən başqa nə gətirir? Demək ki, belə insanlar dincliyi sevmir. Bəzi sosioloqlar “İnsan təbiəti monoqamiya üçün uyğun deyil” deməklə çoxarvadlılığa haqq qazandırmaq istəyirlər. Ona qalsa, bizim təbiətimizdə olan, amma qarşısını almağa məcbur olduğumuz başqa duyğu və davranışlarımız da var.  


Məsələn, aqressivlik, başqalarına hücum çəkmək. Niyə hər dəfə əsəbiləşəndə u200bu200bözümüzə hakim olmağa çalışırıq? Təcavüz bizim təbiətimizdədirsə, onda hər qəzəblənəndə qarşı tərəfə fiziki güclə hücum edək və zərər verək. Amma etmirik, çünki sivil insan olaraq öz hərəkətlərimizə məsuliyyət daşıyırıq. Davranışlarımız təkcə bioloji faktorlarla müəyyən edilmir, daxili istəkləri psixoloji və sosial amillərlə birlikdə qiymətləndirmək lazımdır. İnsanın cinsəl istəyi də ağlı tərəfindən nəzarətə alınmalıdır, bacarmırsa, deməli problemi var”, – psixoloq Yeganə Cəfərova belə deyir.

Psixoloq bildirir ki, monoqamiya və poliqamiya məfhumlarından bəhs edərkən təkamül prosesinin başlanğıcında öz istəklərimizə və ya əcdadlarımızın həyatına istinad etmək böyük səhvdir.

İslam dinində icazə verilir deyə bir kişinin eyni anda dörd qadınla nikahda olması günümüzlə səsləşirmi?

İlahiyyatçı Hacı Ağa Muradov qeyd edir ki, şəriətdə dörd qadınla evlənməyə icazə verilsə də, bunun çox şərtləri var. O kişi dörd qadınla evlənə bilər ki, onların hamısına eyni maddi, mənəvi qayğı göstərə bilsin.
 

“Yoxsa hər önünə gələn kimisə bəyəndi deyə dörd arvad ala bilməz. İslama qədər cahiliyyə dövründə ərəblər saysız qadınlarla evlənirdilər. İslam peyğəmbəri qadınların sayını dördə endirdi. İslamın yarandığı illərdə də buna icazə verilməsinin səbəbi o idi ki,  tez-tez müharibələr olurdu və kişilər ölür, qadınlar ərsiz qalırdılar. Həm də nəsil artımı üçün vacib idi. Dul qadınları himayəyə almaq üçün kişilərin bir neçə qadınla evlənməsinə icazə verilirdi.


Əslində qadınların xeyrinə idi, tək, başsız qalmamaları üçün razı olurdular. Yoxsa harda cavan, gözəl qız gördün get onunla da evlən deyə bir şey yoxdur. Yəni dövrünə görə çox doğru addım idi. İndi isə qadınlar buna razılaşmaz, ikincisi də hər kişi bu şərtləri yerinə yetirə bilməz. Bu günümüzə görə deyil”.

Şəfiqə Şəfa, Bizim Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

End of content

No more pages to load

RADİO