Bu sulardan çox istifadə etmək zərərlidir

İçməli su insan sağlamlığının ən vacib tələblərindən biridir. Lakin bəzən rəngi, dadı və iyi olmayan su belə keyfiyyət göstəricilərinə cavab verməyə bilər. Əhalinin böyük hissəsi adi kran suyu və ya qablaşdırılmış sular istifadə edir, lakin suyun tərkibi və istehlak qaydaları barədə kifayət qədər məlumatlı olmur.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı su problemləri üzrə ekspert Rövşən Abbasov Modern.az-a açıqlamasında bildirib ki, təmiz içməli suda heç bir qoxu, rəng və dad hiss olunmur. Bu səbəbdən belə su keyfiyyətli içməli su hesab edilir:

“Bundan əlavə, belə suların tərkibində ağır metallar və zərərli maddələr olmamalıdır. Suyun minerallar baxımından balanslı olması vacibdir - kalsium və maqneziumun ümumi miqdarı normanı aşmamalıdır. Suyun turşuluq dərəcəsi (pH) isə adətən 6,5–7,5 aralığında, bəzi hallarda isə 6,5–8 səviyyəsində qəbul edilir. pH səviyyəsi bu sərhədlərdən nə aşağı, nə də yuxarı olmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda içməli su ciddi dövlət nəzarətindən keçirilir:

“Xüsusilə, iri şəhərlərdə şəbəkəyə verilən su mütləq laboratoriya yoxlamalarından keçir. Lakin bir problem də mövcuddur ki, su təmiz halda şəbəkəyə verilsə də, binalara çatana qədər köhnə və ya zədələnmiş borular səbəbindən tərkibində dəyişikliklər baş verir. Xüsusilə də kalsium və maqnezium ionlarının səviyyəsi artır ki, bu da suyu “cod” edir”.

R.Abbasov həmçinin vurğulayıb ki, mineral bulaq sularına gəlincə - Badamlı, Sirab kimi məşhur bulaqların suları - bu cür suları daim içmək tövsiyə edilmir. Çünki minerallarla zəngin bu sular müalicəvi məqsədlidir və gündəlik istifadə üçün nəzərdə tutulmayıb.

“Tövsiyə olunandır ki, vətəndaşlar gündəlik olaraq adi təmiz su içməyə üstünlük versinlər. Yetkin insan üçün gündəlik su norması orta hesabla 2–2,5 litr təşkil edir. Üstəlik, suyun temperaturu da önəmlidir. Soyuq su orqanizm üçün faydalı sayılmır, bu səbəbdən suyu ilıq və ya isti halda içmək daha məqsədəuyğundur. Hətta bəzi hallarda çay əvəzinə isti su içmək məsləhət görülür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Qalibafdan ABŞ-a SƏRT XƏBƏRDARLIQ - FOTO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Rusiyaya 300-dən çox PUA atılıb - VİDEO

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Trampın təyyarəsi haqqındakı materiala görə NYT-nin jurnalistləri məhkəməyə çağırıldı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

Messi dünya çempionatları tarixində ilkə imza atdı

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İyulun 12-nə olan əsas xəbərlər: Yaxın Şərqdə gərginlik və dünya gündəmi

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

İran ABŞ-ın hərbi obyektlərinə yeni zərbələr endirdi - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Yanacaq qıtlığı: Rusiyada YDM-lərdə növbə və davalar adi hala çevrilib - VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapıldı

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

DÇ-2026: Yarımfinal oyunları nə vaxt olacaq?

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı

End of content

No more pages to load

RADİO