""Sorosun uşaqları" həm daxildə, həm də xaricdə fəallaşıblar"

Gözlənilən idi. Biz bugünlərdə ölkəmizə qarşı daha bir informasiya müharibəsinə start verilməsinin şahidi oluruq. Bəli, yanvarın 17-də Avropa Parlamentinin növbəti dəfə qərəzli və sağlam məntiqə söykənməyən qətnaməsi açıq-aydın Azərbaycana qarşı yeni informasiya müharibəsinin başladılmasından xəbər verir. İstər Avropa Parlamentində, istərsə də bir sıra başqa beynəlxalq qurumlarda ölkəmizə qarşı bu cür qərəzli münasibət permanent hal alıb. Ən maraqlısı da budur ki, başda Sevinc Osmanqızı olmaqla Avropada və ABŞ-dakı mühacir siyasətbazlarımızın əksəriyyəti Azərbaycana qarşı belə bir ədalətsiz qətnamənin qəbul edilməsinə ən azından ermənilər qədər sevinirlər. Bildiyiniz kimi sözügedən qətnamə barədə ilk olaraq məhz erməni mətbuatında məlumatlar dərc olundu. Ermənilər indi bu qətnaməyə görə az qala toy-bayram edirlər. Demək ki, Avropa Parlamenti kimi nüfuzlu bir siyasi qurum da erməni lobbisinin şirnikləndirici təsirləri və gizli təzyiqləri qarşısında duruş gətirə bilmir. Ermənilərin "Konyak diplomatiyası" Avropa parlamentarilərinin beyinlərini dumanlandırır, onların ədalət hissini yuyub aparır. Qərb ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarının və erməni lobbisinin əsas məqsədi Avropa siyasətçilərindən Azərbaycana qarşı aparılan informasiya müharibəsində alət kimi, fasad kimi istifadə etməkdir. Məlum qətnamədə Mehman Hüseynovla bağlı həqiqətlərin təhrif edilməsində və onun yalançı "aclıq aksiyası"nın şişirdilməsində əli olan, bu bloggerin taleyi üzərindən öz çirkli siyasi oyunlarını həyata keçirməyə çalışan xaricdəki azərbaycanlı bloggerlərə, mühacirlərə də ar olsun! Onlar heç olmasa xaricdəki ermənilərin öz ölkəsinin maraqları naminə necə böyük işlər gördüklərinə baxıb utansınlar! Yəqin ki, Milli Şuranın sabahkı mitinqində də Avropa Parlamentinin məlum qətnaməsinə sevinən daxildəki radikal siyasi qüvvələrin əsl sifətləri bir daha üzə çıxacaq. Necə deyərlər, "Sorosun uşaqları" həm daxildə, həm də xaricdə fəallaşıblar.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maqnit qasırğası insanların səbrini sınağa çəkir: Yer kürəsində GƏRGİNLİK

Maqnit qasırğası insanların səbrini sınağa çəkir: Yer kürəsində GƏRGİNLİK

Trampdan başsağlığı: “Lindsi üçün çox darıxacağıq!”

Trampdan başsağlığı: “Lindsi üçün çox darıxacağıq!”

Hacıqabul qəzasında xəsarət alanlardan 14 nəfəri evə buraxıldı

Hacıqabul qəzasında xəsarət alanlardan 14 nəfəri evə buraxıldı

Lukaşenko Özbəkistan vətəndaşlarını ailələri ilə birgə Belarusa köçməyə dəvət etdi - VİDEO

Lukaşenko Özbəkistan vətəndaşlarını ailələri ilə birgə Belarusa köçməyə dəvət etdi - VİDEO

“Tovuz döyüşləri – Zəfərə gedən yol” virtual sərgisi təqdim olundu - FOTO

“Tovuz döyüşləri – Zəfərə gedən yol” virtual sərgisi təqdim olundu - FOTO

Qətərin keçmiş əmiri vəfat etdi

Qətərin keçmiş əmiri vəfat etdi

"Yeni müharibə olarsa, Azərbaycan Ermənistanı darmadağın edəcək" - The National Interest

"Yeni müharibə olarsa, Azərbaycan Ermənistanı darmadağın edəcək" - The National Interest

Çindən yeni dəmir yolu: Azərbaycanın tranzit potensialı daha da artır

Çindən yeni dəmir yolu: Azərbaycanın tranzit potensialı daha da artır

Pentaqon rəhbərindən İrana qarşı zərbələrə REAKSİYA: "Onlar pis seçim ediblər"

Pentaqon rəhbərindən İrana qarşı zərbələrə REAKSİYA: "Onlar pis seçim ediblər"

ABŞ İranda 140-a yaxın hərbi hədəfi məhv etdi

ABŞ İranda 140-a yaxın hərbi hədəfi məhv etdi

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Rusiya Üçüncü Dünya müharibəsinə başlamağı planlaşdırmır - Peskov

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Ağdaşda “Mercedes” yanıb kül oldu

Ağdaşda “Mercedes” yanıb kül oldu

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

ABŞ senatoru Lindsi Qrem vəfat etdi

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Manikür ustaları işsiz qalacaq: Yeni texnoloji inqilab - VİDEO

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Trampın Ukraynaya münasibəti ciddi şəkildə dəyişib – WSJ

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Yeni Zelandiyada Baş nazir Narendra Modini maori rəqsi ilə salamladılar - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Holanddan azarkeşinə doğum günü sürprizi - VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

Ağac hərəkətdə olan mopedin üstündə düşdü - ANBAAN VİDEO

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

SEPAH Hörmüzdə daha bir gəmini vurdu

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Tez qocalan sənətin gecikən təqaüdü – VİDEO

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

İşğal olunmuş Sevastopol qaranlığa qərq oldu - FOTO

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Hazırda Bakıda güclü külək əsir

End of content

No more pages to load

RADİO