Sürücülərə XƏBƏRDARLIQ – “Almaniya istehsalı” adı ilə zirzəmidə doldurulan yağlar SATILIR

Azərbaycanda keyfiyyətsiz və ya saxta maşın yağları real və acı nəticələri olan problemə çevrilib. Xüsusilə “ikinci əl” maşın alan vətəndaşın ehtiyat hissələri ilə çəkdiyi əziyyət bir yana digər tərəfdən də keyfiyyətsiz yağlar səbəbindən sonrakı peşmançılığı sözlə ifadə ediləsi deyil.

Bu yağların keyfiyyətsiz olmasından başqa  hətta saxta olmasına dair də iddialar var.

Sürücülər Almaniya istehsalı adı altında yerli sexlərdə doldurulan, keyfiyyətsiz yağlar satıldığını bildirirlər. Bu iddialar tam təsdiqini tapmasa da, müşahidələrə əsasən demək olar ki, problem avtomobil istifadəçiləri arasında kifayət qədər narahatlıq doğurur. Belə ki Sumqayıt və ya Bakıətrafı ərazilərdə yerləşən qeyri-rəsmi sexlərdə doldurulmuş yağların xarici, xüsusən də alman brendi kimi qablaşdırılıb satıldığı barədə məlumatlar da az deyil. Etiketi, hətta barkodu saxtalaşdırıb tərkibi məlum olmayan həmin yağları bazara çıxarırlar. Yaxud da idxal edilmiş orijinal yağ qutuları yenidən yerli “məhsul”la doldurulur. Yəni qutunun üzərində “Made in Germany” və s. kimi istehsalçı ölkə qalır.   

Brend “tor”una düşən sürücülər hansı problemlərlə üzləşir?

Saxta və ya keyfiyyətsiz yağlar avtomobil mühərriklərinin sıradan çıxmasına səbəb olur, bununla da maşının sahiblərinə ciddi maddi ziyan dəyir. Bütün bu problemlərdən qaçmaq üçün sürücü nə etməlidir?

Avtomobil mütəxəssisləri diqqətli olmağı tövsiyə edirlər. Peşəkar usta Etibar Ağayev Bizim.Media-ya bu barədə sürücülərin ayıq olması üçün lazımi məsləhətlər verib:

“Əvvəla keyfiyyətsiz maşın yağları orijinal yağdan qiymət baxımından çox aşağı olur. Belə olan halda şübhələnmək lazımdır. Peşəkar sürücü uzun illər maşınına hansı qiymətdə yağ tökdüyünü bilir. Bu məsələdə daha çox yeni sürücülər tələyə düşürlər. 

Etiket üzərində yazılar bəzən solğun olur, qablaşdırmanın plombu tez qırılır, yazılar olan kağız qopur, halbuki orijinal ölkənin, xüsusilə də alman markasında etiketi heç xüsusi maddə ilə yumşaldıb qopartmaq olmur. Bundan başqa, saxta yağların rəngi və qoxusu da fərqli olur. Keyfiyyətli mühərrik yağına nisbətən qatı tərkibli və kəskin qoxuludur”.

Bəs keyfiyyətsiz mühərrik yağları avtomobilə konkret nə ziyan vura bilər?

Ustanın sözlərinə görə, ilk növbədə belə yağlar mühərrikin qızmasına səbəb olur. Daha sonra yağ filtrləri vaxtından qabaq tıxanır. Tədricən mühərrikin “ömrünün qısalması”na gətirib çıxardır.

Nəzərə alınmalıdır ki, adətən brend adı ilə satılan lakin orijinal olmayan yağlar şəhərətrafı qəsəbələrdə və ya rayon və kəndlərdə rast gəlinir. Buna görə də yalnız rəsmi distribütorlarda və ya etibarlı servis mərkəzlərində yağ dəyişmək lazımdır. Bundan başqa, yağ dəyişimi mütləq hər dəfə sənədləşdirilməlidir.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-dan yeni HÜCUM DALĞASI – İranın 11 şəhərinə zərbələr endirildi – VİDEO

ABŞ-dan yeni HÜCUM DALĞASI – İranın 11 şəhərinə zərbələr endirildi – VİDEO

Senatorun ölümü ilə bağlı araşdırma başladı

Senatorun ölümü ilə bağlı araşdırma başladı

Kəlbəcərdə çaya düşən azyaşlı ilə bağlı yeni TƏFƏRRÜAT

Kəlbəcərdə çaya düşən azyaşlı ilə bağlı yeni TƏFƏRRÜAT

Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR

Bu gün IV Şuşa Qlobal Media Forumu BAŞLAYIR

Sumıda hava zərbəsi nəticəsində yaralananların sayı 43-ə çatdı - FOTO

Sumıda hava zərbəsi nəticəsində yaralananların sayı 43-ə çatdı - FOTO

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"Barselona" Ferran Torres üçün 50 milyon avro tələb edir

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

"200 minlik maşından düşüb peraşki yemək..." - VİDEO

Sikorski: Putinin Polşaya hücum etmək gücü yoxdur

Sikorski: Putinin Polşaya hücum etmək gücü yoxdur

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Azərbaycanın çimərlik voleybolçuları Riqada bürünc medal qazandı - FOTO

Müşfiqabadda açıq sahədə yanğın oldu

Müşfiqabadda açıq sahədə yanğın oldu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Quterreşdən İran və ABŞ-a ÇAĞIRIŞ

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Trampa qarşı Türkiyədə sui-qəsd hazırlanıb? – İDDİA

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Azərbaycan Beynəlxalq Fizika Olimpiadasında 5 medal qazandı - FOTO

Şəkidə minik avtomobili yandı

Şəkidə minik avtomobili yandı

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Türkiyənin məşhur turizm mərkəzində meşə yanğını başladı - VİDEO

Günün AXŞAM xəbərləri

Günün AXŞAM xəbərləri

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Bakıda PARTLAYIŞ oldu - Yaralılar var

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Günel Azərbaycana köçməsindən danışdı - VİDEO

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Nəhəng bizon buynuzu ilə yaşlı turisti göyə tulladı - ANBAAN VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Kəlbəcərdə tuneldə avtomobil yandı - FOTO/VİDEO

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu

End of content

No more pages to load

RADİO