Qara istiotun bilinməyən FAYDALARI

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qara istiot sağlam həyat tərzi sürmək istəyən hər kəsin nəzərə almalı olduğu ədviyyatdır.

Qara istiotu orqanizm üçün faydaları

Güclü antioksidant. Qara istiotu əsas təsir edən maddəsi piperindir. Məhz o, ədviyyata özünəməxsus acı dad verir və antioksidant xüsusiyyətlərə malikdir. Piperin orqanizmdə oksidləşdirici stresslə mübarizə aparır, sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zədələnməsinin və qocalmanın qarşısını alır.

Təbii iltihabəleyhinə vasitə

Orqanizmdəki iltihab bir çox xroniki xəstəliklərin, artritdən ürək-damar xəstəliklərinə qədər əsas səbəblərindən biridir. Qara istiot iltihab proseslərini zəiflədə bilir. Məlum olub ki, qara istiotu zərdəçöl (kurkuma) və zəncəfil ilə birlikdə qəbul etmək, məsələn, diz oynağının osteoartritinin müalicəsində bəzi iltihabəleyhinə dərmanlar qədər effektiv ola bilər.

Qidaların mənimsənilməsini yaxşılaşdırır. Piperin faydalı maddələrin (dəmir, beta-karotinin və kurkuminin) orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır.

Duz üçün faydalı alternativ

Qara istiotu ən praktik üstünlüklərindən biri duz istehlakını azaltmaq imkanının olmasıdır. Natriumun artıq miqdarı yüksək qan təzyiqi, ürək xəstəlikləri və insult riskini artırır. Yeməklərə duz əvəzinə daha çox qara istiot əlavə etməklə siz bu riskləri azaldırsınız, dad keyfiyyətindən isə imtina etmirsiniz.

Minilliklər boyu tibbdə istifadə

Qara istiotu qədimdən müalicəvi vasitə kimi istifadə ediblər. Müxtəlif mədəniyyətlərdə, həzm pozuntularında, immun sistemini dəstəkləmək üçün, ümumi möhkəmləndirici vasitə kimi kimi istifadə olunur. Müasir tibbin hələ əlavə tədqiqatlara ehtiyacı olsa da, xalq təcrübəsi bu ədviyyatın çoxəsrlik təsirini təsdiqləyir.

Qara istiotu zərəri

Ümumiyyətlə, qara istiotu orta miqdarda istehlak etmək əksər insanlar üçün təhlükəsizdir. Lakin istənilən məhsul kimi, artıq miqdarda qəbul edildikdə müəyyən narahatlıqlara, qıcqırma, mədənin qıcıqlanması, həzm pozuntularına səbəb ola bilər.

Xüsusilə, mədə turşuluğu yüksək olan, qastrit və ya mədə xorası olan insanlar ehtiyatlı olmalıdır.

Qara istiotu nə qədər qəbul etmək olar?

Mineralların mənimsənilməsini yaxşılaşdırmaq üçün gündə ¼ çay qaşığı (təxminən 0,5–1 qram) kifayətdir.

Bəziləri gündə 1–2 xörək qaşığına qədər qəbul edirlər, lakin bu qədər miqdar əksər insanlar üçün narahatlıq yarada bilər.

Yadda saxlayın: qara istiot əsas yemək deyil, ədviyyatdır. Onu ölçülü şəkildə istifadə edin, dad və özünüzü necə hiss etdiyinizə əsaslanın. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Qətərdə 4 günlük matəm elan edildi

Qətərdə 4 günlük matəm elan edildi

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bağçalara qəbul prosesi davam edir - Hansı dəyişikliklər tətbiq olunur?

Bağçalara qəbul prosesi davam edir - Hansı dəyişikliklər tətbiq olunur?

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi

Keçmiş baş nazirin sevgilisi ilə rəqsi sosial şəbəkələrdə hədəfə çevrildi - VİDEO

Keçmiş baş nazirin sevgilisi ilə rəqsi sosial şəbəkələrdə hədəfə çevrildi - VİDEO

Qəbul imtahanı keçirildi - 12 nəfərdə mobil telefon aşkarlandı

Qəbul imtahanı keçirildi - 12 nəfərdə mobil telefon aşkarlandı

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO

Messi hakimə etiraz etdi: "Mənimlə hörmətlə danış" - VİDEO

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

Köhnə qitədə YENİ TENDENSİYA – Avropalılar da yaxşı maaş üçün ölkələrini tərk edirlər

Köhnə qitədə YENİ TENDENSİYA – Avropalılar da yaxşı maaş üçün ölkələrini tərk edirlər

"Venesuelanı faktiki olaraq ABŞ dövlət katibi idarə edir" - The New York Times - FOTO

"Venesuelanı faktiki olaraq ABŞ dövlət katibi idarə edir" - The New York Times - FOTO

Lindsi Qremin ölümünün təfərrüatı: Yenicə Kiyevdən qayıtmışdı

Lindsi Qremin ölümünün təfərrüatı: Yenicə Kiyevdən qayıtmışdı

End of content

No more pages to load

RADİO