Qərb və ermənilər yetmədi, indi də bəzi Türkiyə KİV-ləri BAŞLADI - Saxta ittihamların sifarişi KİMDƏN GƏLİR?

Bütün diqqətlər İsrail-İran münaqişəsinə yönəlib. İki ölkə arasında son günlər baş verənlər hər kəsi ciddi narahat edir. Çünki, bu münaqişə gələcəkdə digər ölkələrin də qatıla biləcəyi bir müharibəyə çevrilə bilər. Və təbii ki, belə bir müharibə baş verərsə ondan ən çox ziyan görən ölkələrdən biri də Azərbaycan ola biər.

Ona görə də rəsmi Bakı münaqişənin qarşısını almaq üçün bütün imkanlardan istifadə edir. Təsadüfi deyil ki, iyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı İran İslam Respublikası və İsrail Dövləti arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmi vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.

Bundan əvvəlsə Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri mütəmadi təmaslar qurur, münaqişə barədə davamlı fikir mübadiləsi aparıblar..

“Bulannıq suda balıq tutmaq istəyənlər...”

Göründüyü kimi İsrail-İran münaqişəsi Azərbaycan üçün çox böyük narahatlıq doğuran bir məsələdir.

Amma nə yazıq ki, bəzi xarici KİV-lər bu münaqişədə Azərbaycanı birtərəfli qaydada İsraili dəstəklədiyini yazırlar. Belə “ekspertlər”, “jurnalistlər” daha çox Azərbaycanla soyuq münasibətdə olan ölkələrdə peyda olur. Bu da başa düşüləndir. Çünki,bu münaqişədən hər bir dövlət öz maraqları üçün faydalanmaq istəyir.

Təəssüf və təəccüb doğuran məqamsa odur ki, qardaş Türkiyənin bəzi elektron informasiya vasitələri də düşmən dəyirmanına su tökür. Heç bir sübut və dəlil olmadan türkiyəli “həmkarlarımız” iddia edir ki, bu münaqişədə Azərbaycan İsrailin yanında yer alır. Lakin ortada heç bir fakt yoxdur.

Bu da onu göstərir ki, həmin “ekspertlər” və “jurnalistlər” Azərbaycan və Türkiyənin birliyini və yaxınlığını qəbul etməyən xarici qüvvələrin sifarişlərini icra edirlər.

Türkiyəli “ həmkarlarımız” Azərbaycanı İslam həmrəyliyində passiv olduğunu da dilə gətirirlər.

Amma hər kəs bilir ki, Azərbaycan bütün müsəlman dövlətləri ilə diplomatik və iqtisadi əlaqələrə malikdir. Qonşu İranla isə münasibətlər daha dərindir. Bunun da tarixi və mənəvi səbəbləri var.

Həm fikrimizin sübutu, həm də türkiyəli “həmkarlarımızın” gözünü açmaq üçün bəzi məqamları qabarıq şəkildə söyləmək istəyirik.

Azərbaycan İranın münaqişə tərəfi olmasını niyə istəmir?

Bunun bir sıra səbəbləri var. Səbəblərdən biri odur ki, İsrail-İran münaqişəsi dərinləşsə Azərbaycan bundan ciddi zərər görə bilər. Təsadüfi deyil ki, münaqişənin ilk günlərindən başlayaraq İran və İsrailin bir-birinə atdığı raketlər Naxçıvandan aydın müşahidə edilib.

Naxçıvanın Culfa rayonunda səmada İsrail və İran tərəfinin atdığı raketlər görünüb. Və hava döyüşünün qızışması səbəbindən həmin raketlərin Azərbaycan ərazisinə düşmə ehtimalı böyükdür. Bununsa nə demək olduğunu hər kəs bilir.

Bu münaqişə böyüsə o zaman İrandan köç edən insan selinin xeyli hissəsi Azərbaycana axın edə bilər. Bir neçə milyon qaçqının Azərbaycana gəlişi böyük sosial-iqtisadi problemlər yarada bilər.

Türkiyəli “həmkarlarımıza” onu da xatırlatmaq istəyirik ki, İranda 35 milyondan artıq azərbaycanlı yaşayır. Və həmin soydaşlarımızın zərər görməsi bizlər üçün çox üzücüdür.

Artıq neçə gündür ki, İsrail ordusu Təbriz şəhərinə hava zərbələri endirir. Ölən və yaralananlar var. Şəhərin infrastrukturu ciddi şəkildə zərər görüb. Halbuki Təbriz bizlərə Bakı, Gəncə və Şuşa qədər əzizdir. Ona görə də bu münaqişədə Azərbaycanı İsrailin tərəfdaşı kimi təqdim etmək ilk növbədə peşəkarlıqdan uzaq bir məsələdir. Çünki Quzey Azərbaycanın hər bir vətəndaşı bu gün Güney Azərbaycanın Təbriz, Ərdəbil, Xoy və digər şəhərlərindəki insanlar qədər narahatdır.

Bütün bu faktları bilmədikləri üçün türkiyəli “həmkarlarımız” ancaq şər və böhtan yazır.

Azərbaycan İsrailin dostudurmu?

Nəzərə alaq ki, bu iki ölkə arasında normal münasibətlər var. Bu münasibətlər 44 günlük müharibə dövründə xeyli dərinləşdi. İsrailin siyasi və hərbi dəstəyi sayəsində Azərbaycan müharibənin ömrünü daha qısa elədi.

Bu məqamı da türkiyəli “həmkarlarımız”a xatırlatmaq istərdik ki, 44 günlük müharibə dövründə İsraildən fərqli olaraq bir sıra müsəlman dövlətləri Ermənistanın yanında dayandı. İransa Ermənistana hərbi yüklərin daşınması üçün koridor verən yeganə ölkə oldu.

Ona görə də “müsəlman həmrəyliyi”ndən danışarkən bir az da tarixi keçmişə baxmaq lazımdır.

Bəzi qüvvələr niyə narahatdır?

Təbii ki, yaranmış şəraitdən bəzi qüvvələr öz maraqları üçün yararlanmağa çalışırlar. Və bunun üçün də bəzi “ekspertlər” və “jurnalistlər”dən faydalanırlar. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın qətiyyəti, müstəqil xarici siyasəti bir sıra dövlətləri narahat edir.

Prezident İlham Əliyevin bu gün Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda  beynəlxalq konfransın iştirakçılarına müraciətində dediyi kimi:

“Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Oman İrana NOTA VERDİ

Oman İrana NOTA VERDİ

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

SEPAH ABŞ raketini "ən yeni" hava hücumundan müdafiə sistemi ilə vurub? - İDDİA

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

Zibil poliqonundakı yanğın üç gündür davam edir - VİDEO

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

ABŞ-İran dialoqunun pozulmasında günahkar kimdir?

İranın üç raketi İordaniya ərazisinə düşdü

İranın üç raketi İordaniya ərazisinə düşdü

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

İşdən çıxarılan baş nazir Ukraynanın ABŞ-dakı səfiri olacaq?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Zelenski baş naziri işdən çıxardacaq

Zelenski baş naziri işdən çıxardacaq

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

Çin gizli silah hazırlayır: Peykləri "yandırmaq" üçün mikrodalğalar

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

"Rusiya payızda Çerniqov istiqamətində hücuma keçəcək” - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

İsrail İrana qarşı müstəqil hərbi əməliyyata hazırlaşır? - ABŞ-ın xəbəri yoxdur? - VİDEO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

"Vaqner"in döyüşçüləri Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıb - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Ukrayna müharibəsində dönüş nöqtəsindən danışmaq hələ tezdir - FOTO

Qətərdə 4 günlük matəm elan edildi

Qətərdə 4 günlük matəm elan edildi

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı - VİDEO

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

"Quzuların səssizliyi"ndən sonra yeni filmə çəkildi - Psixiatr obrazını canlandırır

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Britaniyalı keşiş Bibliyada yadplanetlilərə aid işarə tapdı

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Xaçmaz sakini dənizdə boğuldu - ÖZƏL

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Qazaxda maşın ot tayaları ilə birlikdə yanaraq külə döndü - FOTO - VİDEO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmazda 28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Dubayda faciəli ölüm: 26 yaşlı braziliyalı bloqer 27-ci mərtəbədən yıxıldı - FOTO

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

Bu gün saat 15:00-da qəbul imtahanının DÜZGÜN CAVABLARI təqdim olunacaq

End of content

No more pages to load

RADİO