Şəhid Bəhruz Abuşovun xatirəsi yad edildi - VİDEO

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı silsilə tədbirlər keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Növbəti anım tədbiri Qəbələ rayonunda, ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, mayor Abuşov Bəhruz Zabit oğlunun xətirəsinə həsr olunub.

Şəhidin doğum günündə baş tutan anım mərasiminə toplaşan Müdafiə Nazirliyinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri, Bəhruzun döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, ailə üzvləri şəhidin dünyaya göz açdığı Nohurqışlaq kəndindəki məzarını ziyarət edib, önünə çələng qoyublar.

Sonra Qəbələ rayon Mədəniyyət Mərkəzində şəhidin xatirə gecəsi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Bəhruz Abuşovun ömür yolundan, “Dəmir yumruq” əməliyyatındakı iştirakından, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Bəhruzun göstərdiyi qəhrəmanlığı, mübarizliyi və fədakarlığı xüsusi qeyd olunub.

Nohurqışlaq kənd orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləyiblər.

Şəhidin anası Sərmayə Abuşova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölümcül epidemiya ilə bağlı XƏBƏRDARLIQ

Ölümcül epidemiya ilə bağlı XƏBƏRDARLIQ

Alzheimer xəstəliyinin başlanğıcının erkən əlaməti aşkarlandı

Alzheimer xəstəliyinin başlanğıcının erkən əlaməti aşkarlandı

Türkiyədə təyyarə radar dirəyinə çırpılıb - 267 sərnişin təxliyə olunub

Türkiyədə təyyarə radar dirəyinə çırpılıb - 267 sərnişin təxliyə olunub

Ayın axırına kimi pullanacaq 3 bürc

Ayın axırına kimi pullanacaq 3 bürc

Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin SAYI AÇIQLANDI –RƏSMİ

Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin SAYI AÇIQLANDI –RƏSMİ

Yeni temperatur rekordları qeydə alınacaq - İqlimdə fövqəladə DÖVR başlayır

Yeni temperatur rekordları qeydə alınacaq - İqlimdə fövqəladə DÖVR başlayır

Bakının bu yollarında SIXLIQ var

Bakının bu yollarında SIXLIQ var

Dondurma alarkən buna diqqət edin!

Dondurma alarkən buna diqqət edin!

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Yaponiyada İLK: Şahzadə qızlar evləndikdən sonra...

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Dilarə Əliyeva: "Heç bir aktrisa botoks etdirməməlidir"

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Dünyanın ƏN DƏYƏRLİ milli komandaları

Bəzi ərazilərində işıq olmayacaq

Bəzi ərazilərində işıq olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Ermənistanda iki məntəqədə səsvermənin nəticələri LƏĞV EDİLİB

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Tramp İranla razılığın əldə olunduğunu BƏYAN ETDİ

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Buna görə Bakıda bu il ağcaqanad çoxdur - Adil Qeybulla

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyədə təyyarə radar dirəyinə çırpıldı -Bütün sərnişinlər təxliyə olundu - VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

End of content

No more pages to load

RADİO