Qadın cərrah: “Məni hədələyərək işdən çıxardılar” - FOTO

Cərrah, travmatoloq-ortoped Asiman Məmmədova qanunsuz olaraq işdən çıxarıldığını deyir.

Bizim.Media xəbər verir ki, qafqazinfo.az-a müraciət edən həkim bildirir ki, bu il yanvarın 22-də onun Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundakı işinə xitam verilib.

Şikayətçinin iddiasına görə, üstünə şər-böhtan atılıb və heç bir əsas olmadan işdən çıxarılıb:

“Mən 12 ilə yaxındır ki, çalışıram. Uzun illərdir tibb sahəsində çalışan, vətən müharibəsi dönəmində xidmətlərinə görə sertifikatlarla təltif olunmuş və sertifikasiya imtahanında 100 faiz nəticə toplamış bir qadın cərrah olaraq bu gün dərin haqsızlıq və özbaşınalıqla üz-üzə qalmışam. Bu vaxta qədər məndən heç bir şikayət olmayıb. İşimdə nöqsanım olmayıb, töhmət almamışam. İnstitutun direktoru Rüstəm Talışinski əvvəlcədən məni hədələyərək ərizə yazmağımı tələb edib, əks halda məni işdən maddə ilə azad edəcəyini bildirib. Bu işdə ona Səhiyyə Nazirliyinin əməkdaşları Fazil Hüseynbəyov və Oqtay Babayev kömək edib”.
 

Asiman Məmmədova məsələ ilə bağlı həm Səhiyyə Nazirliyi, həm də Əmək Müfəttişliyinə müraciət edib: “Məhkəmə hazırlıq mərhələsində məlum oldu ki, mənim çalışdığım tibb müəssisəsi Müfəttişlik tərəfindən qanunsuz əmək səbəbilə cərimələnib. Artıq 5 aydır bu haqsızlığa qarşı qanun çərçivəsində mübarizə aparıram. Qanun mənim tərəfimdədir. Bəs niyə bu insanlar hələ də məni incidirlər?


Nəsimi Rayon Məhkəməsi mayın 5-də lehimə qərar çıxarıb. Bununla da mən işə bərpa olunmalıyam və kompensasiyam ödənilməlidir. Lakin müəssisə bu qərarla razılaşmayaraq əsassız şəkildə apellyasiya şikayəti verib. Halbuki onların heç bir hüquqi sübutu və əsaslandırması yoxdur. Mən açıq-aşkar qanunsuz şəkildə işdən azad olunmuşam. Bu qərar müəssisə direktorunun özbaşınalığı nəticəsində verilib. Mən həmin institutun yeganə aktiv qadın cərrahıyam. Bu qədər xidmət göstərdiyim, təcrübə qazandığım bir sahədə, təşəkkürlə qarşılanmalı olduğum halda, bu qədər təzyiqə və haqsızlığa məruz qalıram”.

İddialarla əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsi ilə iddiaçı Məmmədova Asiman Qurban qızı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 22.01.2025-ci il tarixli 22 saylı əmri və 13.03.2025-ci il tarixli, 84 saylı əmri ləğv edilib. İddiaçı Məmmədova Asiman Qurban qızı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin Əl cərrahiyəsi və yaralar şöbəsinin həkim-travmatoloq-ortopedi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi cavabdeh “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə həvalə edilməsi qət edilib.

Nəsimi Rayon Məhkəməsinin 05.05.2025-ci il tarixli, 2(006)-2273/2025 saylı qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) ay müddəti ötürmədən tərəfimizdən apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır”.

Nazirlikdən bildirilib ki, Asiman Məmmədova barəsində hüquqpozmalara görə şikayətləri olub: “Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Səhiyyə Nazirliyinə göndərilən təqdimatda Asiman Məmmədovaya 14.11.2024-cü il tarixdə Məmmədli Cavid Arzu oğlunun əməliyyatına görə 1000 ABŞ dolları pul ödənilməsi qeyd edilib və Məmmədova Asiman Qurban qızı barəsində icbari tibbi sığorta əsasında fəaliyyət göstərən müəssisədə tibbi xidmətin pulla alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq sahə üzrə məsul əməkdaşlarının iştirakı ilə müzakirə edib göstərilən nöqsanların və onları yaradan səbəb və şəraitin aradan qaldırılması və gələcəkdə təkrar olunmaması üçün məqsədyönlü və səmərəli tədbirlər görülməsi xahiş edilib.
 

Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun Səhiyyə Nazirliyinə göndərdiyi təqdimatına uyğun olaraq Məmmədova Asiman Qurban qızına 24.10.2024-cü il tarixli, 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Lakin xəstələrin şikayətlərdən və ona verilmiş xəbərdarlıqlardan nəticə çıxarmayaraq sonuncu dəfə “tin news” səhifəsinin sahibi şikayətçi olaraq öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib.


Nəticədə Asiman Məmmədova hüquq-mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22.01.2025-ci il tarixdə öz şəxsi istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib”.

Məsələ ilə bağlı Asiman Məmmədovanın Əmək Müfəttişliyinə müraciətinə cavab olaraq bildirilib ki, araşdırma zamanı onun əmək müqaviləsinə yanvarın 22-də AR ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozularaq 1 ay xəbərdarlıq müddəti gözlənilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Lindsi Qremlə sonuncu söhbətindən danışdı: "Yorğun olduğunu demişdi"

Tramp Lindsi Qremlə sonuncu söhbətindən danışdı: "Yorğun olduğunu demişdi"

Müctəba Xamenei ABŞ və İsraili hədələdi - FOTO

Müctəba Xamenei ABŞ və İsraili hədələdi - FOTO

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Samur-Abşeron kanalında gənc batdı

Samur-Abşeron kanalında gənc batdı

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Haluk Levent saxlanıldı

Haluk Levent saxlanıldı

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

End of content

No more pages to load

RADİO