ADU-nun Konfutsi İnstitutunda Çin mədəniyyət ocağına dair kitab çap olunub


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Azərbaycan çinşünaslığı” layihəsi çərçivəsində “Konfutsi İnstitutu” adlı kitab nəşr etdirib. Azərbaycan və Çin dillərində nəşr olunan kitab ADU-nun Konfutsi İnstitutunun maarifçilik, elm və təhsil fəaliyyətinə həsr olunub. Kitabda ADU-nun Konfutsi İnstitutunun yaranma və inkişaf tarixi, ADU və Konfutsi İnstitutunun müəllim, professor heyətinin Çində keçirilən beynəlxalq forumlarda və Dünya Konfutsi İnstitutları Konfranslarında iştirakı, eləcə də ADU-nun rektoru akademik Kamal Abdullayevin Çinin aparıcı universitet və elm mərkəzlərinin nümayəndələri ilə Azərbaycan-Çin humanitar əməkdaşlığının genişləndirilməsinə yönəlmiş görüşləri haqqında məlumat verilib. Kitabda Konfutsi İnstitutu tərəfindən keçirilmiş, ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Azərbaycan Prezidenti İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarlarının materiallarına xüsusi yer verilib. Xüsusilə, ADU Konfutsi İnstitutunun tərəfdaşı olan Çinin Huzhou Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransın seksiya iclasının keçirilməsi vurğulanıb. Kitabda Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə ayrıca bölmə həsr olunub və burada xüsusilə, Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr edilmiş, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabın və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplunun təqdimatları haqqında məlumat verilib.

Eyni zamanda kitabda ADU-nun Konfutsi İnstitutu tərəfindən aparılan Çin dili və Azərbaycan-Çin ədəbi əlaqələri haqqında elmi və metodiki seminarlar, Çin dilində ixtisas imtahanlar, ADU tələbələrinin Çin dilində linqvokulturologiya təcrübələr və

beynəlxalq dil müsabiqələrində iştirakı, Azərbaycanda çinli şagirdləri üçün yay düşərgələrinin təşkili ilə bağlı materiallar da yer alır. Kitab ADU-nun Konfutsi İnstitutu filiallarının Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, mədəniyyət və incəsənət sahəsinin aparıcı universitetlərində, ictimai təşkilatlarda, Çin tarixində ilk dəfə olaraq, Xuçjou Universitetində Azərbaycan dili və mədəniyyətinin elmi tədqiqat mərkəzində fəaliyyətini əks etdirir. Xüsusilə, Çinin siyasi tarixi və fəlsəfəsi, iqtisadiyyat və mədəniyyət sahəsində Azərbaycan-Çin əməkdaşlığı üzrə elmi seminarlar haqqında məlumat verilir. Kitabda ADU-nun Konfutsi İnstitutunun Çində Azərbaycan mədəniyyəti və Azərbaycanda Çin mədəniyyətini təbliğ etmək istiqamətində fəaliyyəti haqqında məlumatlar da var. Xüsusilə, ənənəvi Çin bayramlarının keçirilməsi, Çin sənətçilərinin konsertləri, birgə teatr quruluşu, "Azərbaycan muzeylərində Çin mədəni irsi", "Çin və Azərbaycan kulinariya sənəti", "Çin musiqi və teatr incəsənəti", "Çin ənənəvi təbabəti və gimnastika" və s. Kitabın müəllifi, ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Moldova Prezidenti şərti açıqladı - FOTO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Moldova Prezidenti şərti açıqladı - FOTO

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

“Zirə” Özbəkistan klubuna uduzdu

“Zirə” Özbəkistan klubuna uduzdu

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

FAKTİKİ HAVA: Bakıda güclü külək əsir

End of content

No more pages to load

RADİO