Balakəndə BARAMAÇILIQ – Zəhmətlə qazanılan məhsuldan nə qədər GƏLİR əldə edilir? – FOTO

 

Cəmi bir ay bəzən bir neçə gün uzana bilən ipəkqurdunun bəslənməsi elə də asan gəlmsin. Bir qədər səbr və əzmkarlıq tələb etsə də, sonda gəliri sevindirir.   

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, may ayının birinci on günlüyündən etibarən ölkə ərazisində ipəkqurdu toxumlarının kümçülərə paylanılmasına başlanılır. Artıq bu günlərdə ipəkqurdu barama sarıyıb və hazır məhsulun yığılaraq tədarükü həyata keçirilir.

Barama tədarükü Balakən rayonunda da həyata keçirilir. Bu rayonda ipəkqurdunun yetişdirilməsi, kümdarlıq, baramaçılıq tarixi ənənələrə söykənir. Son illər bu sahənin inişafı ilə bağlı həyata keçirilən layihələr, maddi həvəsləndirmə tədbirləri insanlarda baramaya marağı xeyli artırıb.  

İpəkqurdunun bəslənmə prosesində ailənin iki ya üç üzvü iştirak edərək bu işi həyata keçirə bilirsə, baramanı şaxdan ayırma daha çətin və uzun proses olduğundan Balakəndə iməcilik ənənəsi tarixdən gələn adətdir və nə yaxşı ki, bu gün də davam etdirilir.  İməcilik isə bu dəfə Katex qəsəbəsi Beretbinə kəndində Əbəkiyevlər ailəsində təşkil edilib. Ruqiyyə xanım və oğlu Ceyhun bir neçə ildir ki, ipəkqurduna baxır, ailə gəlirlərini tənzimləyirlər. Bir ay davam edən iş nə qədər ağır və məsuliyyətli olsa da, artıq hər çətinlik geridə qalıb. 

Bizim.Media-ya danışan Ceyhun bildirir ki, Bakı və xaricdən ona iş təklifləri gəlsə də, razılaşmayıb. Çünki ailəsini, anasını tək qoyub getmək istəmir. “Ən yaxşı halda elə zəhmət çəkib burada da pul qazanmaq, ailəni dolandırmaq mümkündür” deyir.  Ona görə də yazın ilk gəlişindən ipəkqurdu bəsləməyə qərar verən Ceyhun bu il 80 qram toxum götürüb.  Dediyinə görə 200 kq dan artıq məhsul əldə etməyi planlayır ki, bu da 2 min manatdan artıq gəlir deməkdir.

Ailə tək bu işlə kifayətlənmir, həm də bostan-tərəvəz məhsulları da yetişdirərək bazara çıxarır.

Barama mövsümündə Katex və ətraf kəndlərdə iməciliklərin təşkili isə tamam başqa bir mənzərə və gözəllik yaradır. İnsanlar dövrə vuraraq baramanı şaxdan ayırmaqla həm birlik nümayiş etdirir, həm də maraqlı söhbətlər edir.  İməciliyə qatılan Məmləkət Dubuxova deyir ki, keçmişdə barama, qarğıdalı, tütün və başqa iməçiliklər olub və insanlar nəğmələr, bayatılar söyləyib. Barama təmizlənməsi başa çatanda isə rəqs edərək bu işi sevgiyə, məhəbbətə bağlayıblar. O zamanlar hətta qız bəyənmələr, baxmalar da belə mərasimlərdə baş tuturmuş.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Elvin Səmədovun sözlərinə görə bu il 169 kümçü ilə müqavilə bağlanılıb və 24 ton barama tədarükü nəzərdə tutulur. Baramanı yemləmək üçün yetərincə baza olduğunu deyən Elvin Səmədov bol məhsul yetişdirildiyini bildirir.

Qeyd edək ki, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdirilir. Kümçülərə əvəzsiz olaraq 6 min qutu ipəkqurdu paylanılıb. Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyasında, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma məntəqələrində, həmçinin Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.

Ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal edilən hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Lindsi Qremlə sonuncu söhbətindən danışdı: "Yorğun olduğunu demişdi"

Tramp Lindsi Qremlə sonuncu söhbətindən danışdı: "Yorğun olduğunu demişdi"

Müctəba Xamenei ABŞ və İsraili hədələdi - FOTO

Müctəba Xamenei ABŞ və İsraili hədələdi - FOTO

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

ABŞ-da şok iddia: Senator Lindsi Qremi zəhərləyiblər

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Ukraynadan Rusiyaya 400-ə yaxın dron GÖNDƏRİLDİ - FOTO

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Yaponiya Rusiya kəşfiyyatı üçün "casus yuvasına" çevrilib

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Şimal-qərb bölgəsinə sel nə qədər zərər vurub? - VİDEO

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Gəncədə kütləvi zəhərlənmə: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Avropa Kuboku: Azərbaycan atıcısı 2-ci qızıl medalını qazandı

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsi yad edildi - FOTO

Samur-Abşeron kanalında gənc batdı

Samur-Abşeron kanalında gənc batdı

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Ağ Ev senatorun ölümü ilə əlaqədar bayraqları yarıya endirdi

Haluk Levent saxlanıldı

Haluk Levent saxlanıldı

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Yunanıstan XİN başçısı: Türkiyə ilə dialoqdan imtina etmək "fəlakətli" siyasətdir

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Zelenski Baş nazir postuna namizədlərlə görüşlər keçirdi - FOTO

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

Putinin sentyabra qədər "imkan pəncərəsi" qalıb – Sonra stavkalar kəskin artacaq

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər - FOTO

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

5 komissiya, 55 il davam edən araşdırma... – Kirovun qətlinin AÇILMAYAN SİRRİ

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

Türkiyə hökuməti sosial şəbəkələrdə 4,3 min səhifəni blokladı

ABŞ-da körpü Trampın adını daşıyacaq

ABŞ-da körpü Trampın adını daşıyacaq

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

Xaçmazda 64 yaşlı kişi hündürlükdən yıxılaraq VƏFAT ETDİ

"İsrail ən böyük dostunu itirdi"

"İsrail ən böyük dostunu itirdi"

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Netanyahu Lindsi Qremin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a gedə bilər

Cənubi Koreya KXDR-dən kömək istədi

Cənubi Koreya KXDR-dən kömək istədi

End of content

No more pages to load

RADİO