BİZİM TƏQVİM: 12 iyunda baş vermiş tarixi hadisələr

2015-ci ilin bu günündə Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və bir sıra ölkələrin prezidentləri, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib. “Bakı-2015” ilk Avropa Oyunlarında 6 min atlet 20 idman növündə 253 dəst medal uğrunda mübarizə aparıb. İyunun 28-dək davam edən yarışların yekunlarına görə, Rusiya ümumi hesabda birinci, Azərbaycan ikinci, Böyük Britaniya idmançıları isə üçüncü yeri tutub.

Bəs, iyunun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. Osmanlı Sultanı Yavuz Səlim Çaldıran döyüşündən sonra 1515-ci ilin 12 iyununda Turnadağ döyüşündə Dulkadiroğlu Bəyliyini da məğlubiyyətə uğratdı. 

2. 12 iyun 1665-ci ildə Şimali Amerika şəhəri Yeni Amsterdam Nyu-York adlandırılıb. Nyu-York ABŞ-da əhalinin sayına görə ən böyük şəhərdir. Metropol əhalisinin sayı 21 milyon nəfərə çatır.

3. 1918-ci ilin 12 iyun tarixində Azərbaycan Demokratik Cümhuriyyətinin Batumda olan xarici işlər naziri Məhəmmədhəsən Hacinski Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəyə göndərdiyi məktubda yazırdı: “Rusiya inqilabı nəticəsində Azərbaycan hökuməti böyük çətinliklərə məruz qalır. Ölkənin çox hissəsində üsyan qaldırmış bolşeviklər Bakını ələ keçiriblər. Bununla əlaqədar hərc-mərclik bizi rahat buraxmır.” Məhəmmədhəsən Hacinski bolşeviklərə qarşı mübarizədə Türkiyənin hərbi yardımını vacib hesab edirdi.

4. 1919-cu ildə Qurtuluş Savaşını başlamaq üçün Samsuna gələn Mustafa Kamal Paşa iyunun 12-də Havzadan Amasiyaya keçdi.

5. 12 iyun 1924-cü ildə Atatürkün təlimatı ilə Türkiyənin ilk ekperimental xəstəxanası olan Heybeliada xəstəxanası açıldı.

6. 1940-cı ilin 12 iyununda Türkiyənin o zamankı baş naziri İsmət İnönünün rəhbərliyilə toplanan hökumət Türkiyənin İkinci Dünya Müharibəsində iştirak etməyəcəyi və bitərəf qalacağı ilə bağlı qərarını açıqladı.

7. 12 iyun 1946-cı ildə bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası olub. “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış edib.

8. 12 iyun 1967-ci ildə SSRİ  "Venera 4" kosmik gəmisini Venera planetinə göndərdi.

9. Rusiya 1990-cı ilin 12 iyun tarixində rəsmi olaraq müstəqilliyini elan etdi.

10. 12 iyun 1994-cü ildə “Boeing” Korporasiyasının “Boeing 777” tipli yeni təyyarəsi ilk uçuşunu həyata keçirib.

11. 12 iyun 2000-ci ildə Türkiyənin ilk kosmos düşərgəsi olan "Uzay Kampı Türkiye" açıldı.

12. Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP 2018-ci ilin 12 iyununda açıldı.

12 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Qədim gürcü knyazı nəslindən olan rus generalı Pyotr Baqration 1765-ci ilin bu günü anadan olub.  1812-ci ildə Borodino döyüşündə rus ordusunun sol cinahının komandiri olan Baqration ağır yaralanaraq həlak olub. (1765-1812)

2. 12 iyun 1928-ci ildə  Xalq yazıçısı İsa Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində  doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

3. 12 iyun 1932-ci ildə  Xalq artisti Hacıbaba Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.

4. 12 iyun 1977-ci ildə Əməkdar artist Məmmədkəbir Kərimov (1906-1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO