Ata həbs olunursa, aliment borcu SİLİNİR? – HÜQUQİ İZAH

Xəbər verdiyimiz kimi Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həyat yoldaşına 411 manat aylıq aliment ödəməli olub. Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumilikdə 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.

Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması səbəbindən borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib.

Lakin məhkəmə onun arqumentlərini əsaslı saymayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmə) ilə təqsirli bilib və ona 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verib.

Maraqlıdır, qeyd edilən şəxsin timsalında ata həbs olunarsa, yığılmış aliment borcu silinirmi

Məsələ ilə bağlı hüquqşünas Ruslan Vəliyev Bizim.Media-ya bildirib ki, şəxs aliment ödəyə bilmədiyinə görə deyil, məhkəmənin qərarını icra etmədiyinə, ödənişi gecikdirdiyinə görə həbs olunub. Ata öz cəzasını çəkdikdən sonra həmin borcu artıqlaması ilə ödəməlidir.

Vəkil həmçinin vurğulayıb ki, şəxs (ata ya ana – aliment ödəyən) qarşı tərəfin müraciəti ilə məhkəmə qaydasında valideyn hüququndan məhrum edilə bilər.
 

“Bu o deməkdir alimenti ödəməyən valideyn uşağın vərəsəsi ola bilməz. Yəni uşağın adına hər hansı əmlak varsa və uşaq atadan əvvəl vəfat edərsə, bu əmlakdan ona pay düşməyəcək. Yaxud valideyn yaşlananda gələcəkdə ona baxılmadığına görə övladından aliment tələb edə bilməyəcək”.


Əgər valideyn həbsdən çıxdıqdan sonra da alimenti ödəyə bilmirsə, o zaman yığılmış məbləğ onun adına olan əmlakdan tutula bilər. Əmlak satılır, alimentin məbləği çıxılır. Yaxud aliment nikah zamanı alınan ümumi əmlakdan tutula bilər. Ümumi əmlak məhz alimenti ödəməyən tərəfin payından tutulur. 

Vəkil həmçinin bildirib ki, şəxs alimenti ödəyə bilmirsə, bunu digər yolu da alimentin həmin şəxsin valideynlərinin (uşağın nənə-babasının) gəlirlərindən tutulmasıdır.

“Atanın hansı səbəbdən ödəniş edə bilmədiyi ilə bağlı məhkəmə qərarı varsa, həmin sənədləri əsas götürərək uşağın nənə-babasından aliment tələb oluna bilər. Əgər bu şəxslər də nəzərdə tutulan məbləği ödəmirsə, istənilən halda o aliment borc olaraq yığılıb qalır, silinmir və valideyn hüquqlarından məhrum edilmək üçün əsas kimi götürülür. Valideyn hüququndan məhrum edildikdən sonra belə həmin aliment ödənilməlidir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidəki Zəfər parkında -FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

End of content

No more pages to load

RADİO