Nəzrinin ölümü ilə bağlı həbs olunan Sənan Mehdiyevin məhkəməsi BAŞLAYIB

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sənan Mehdiyevin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı, zərərçəkən şəxsin hüquqi varisi - həyat yoldaşı Fərid Mansurlu və onun vəkili cinayət işinin məhkəmə baxışına verilməsini xahiş edib.

Sənan Mehdiyevin vəkili Aydın Abdullayev vəsatət verərək məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib. Vəkil bildirib ki, müəyyən məsələlərlə bağlı sorğular müvafiq qurumlara ünvanlanıb və həmin sorğular cinayət işi üçün əhəmiyyət kəsb edir.
 

Zərərçəkənin hüquqi varisi buna etiraz edib. Məhkəmənin qərarı ilə hazırlıq iclası iyunun 13-dək təxirə salınıb.


Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO