Sakinlərdən NARAZILIQ: Yeni binanın qarşısında pullu PARKİNQ PROBLEMİ

Paytaxtda yeni tikilmiş yaşayış binasının qarşısında AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən təşkil olunan pullu parkinq sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, şikayətçi sakinin sözlərinə görə, bina yeni olduğu üçün hələ çıxarış verilməyib və bu səbəbdən də parkinq üçün güzəşt hüququndan istifadə edə bilmirlər.

"Yaşadığımız binanın qarşısında AYNA-nın parkinqi var. Bina yeni olduğu üçün hələ bizə çıxarış verilməyib. Nə vaxt veriləcəyini də bilmirik.

Bu səbəbdən məcburuq ki, hər dəfə maşını evimizin qarşısında saxlamaq üçün pul ödəyək. AYNA-ya zəng etmişik, deyirlər ki, qeydiyyata düşün həmin ünvana. Amma çıxarış olmadan qeydiyyata düşmək də olmur. İndi biz nə etməliyik?" - deyə sakin bildirib.
 

Məsələ ilə bağlı oxu.az-a açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.


"Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, digər hallarda imtiyazlar nəzərdə tutulmayıb", - deyə T.Orucov qeyd edib.

"Fərdi parklanma talonunu haradan, necə və neçəyə almaq olar?" sualına cavabında isə qurum rəsmisi bildirib ki, sözügedən talon üçün heç bir ödəniş tələb olunmur.

"Ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiqlənən "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nda əksini tapıb. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir.

Vətəndaşlar "AzParkinq" mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər", - deyə T.Orucov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO