SON DƏQİQƏ! “Azercell”in yeni qiymətləri bu cür olacaq – Rəsmi AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə “Azercell” mobil operatorunun yeni tarifləri müzakirələrə səbəb olub. Belə ki, yeni tarifə görə, bir manat ödənişlə nömrə yalnız bir gün aktiv qala biləcək. Bu da o deməkdir ki, nömrəni aktiv saxlamaq üçün balansa aylıq minimum 30 manat yükləmək lazım gələcək. Bu isə insanlara, xüsusilə yaşlılara sərf etmir.

Bəs əslində söhbət hansı tariflərdən gedir? Bu tariflər hansı tarifləri əvəzləyir?
 

MÖVZU İLƏ BAĞLI:

“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür


Məsələ ilə bağlı “Azercell”dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.

Qeyd edilib ki, bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır.

Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.

Yeni tariflər və istifadə müddətləri

“Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək.

Məsələn, 2 AZN-lik istənilən tarif  paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə  bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu.
 

Elanda qeyd olunduğu kimi, 01 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib. Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır (yəni müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir)” – deyə məlumatda vurğulanıb.


Fakturasız (SimSim) xətt nömrələri üçün nə dəyişəcək?

Bundan başqa, bildirilib ki, fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır:

“Belə ki, abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini (məs. “Supersən”) nəzərə alaraq, aktuallığını itirməkdə olan “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9”  tarif paketlərinə 01.07.2025 tarixindən yeni qoşulmalar dayandırılır.

Onu da qeyd edək ki, dəyişiklik hazırda bu  tariflərdən istifadə edən cari müştərilərə şamil olunmur. 01.07.2025 tarixinə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözügedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər. Müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur.

Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər Azercell tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəriman oynadı, komandası heç-heçə etdi

Nəriman oynadı, komandası heç-heçə etdi

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

End of content

No more pages to load

RADİO