Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın

Sosial şəbəkələrdə marketlərdə satılan idxal məhsulları ilə bağlı narazılıqlar səsləndirilir. Bildirilir ki, bu malların üzərində məlumatlar Azərbaycan dilində yazılsa da, tərcümələri yanlışdır. Belə səhvlərin isə alıcıların düzgün məlumat əldə edə bilməməsinə və hətta sağlamlıq problemlərinə səbəb olacağı vurğulanır.

Bu cür halların qarşısını almaq üçün dövlət qurumlarının nəzarəti və cərimə mexanizmi necə işləyir?

Bizim.Media-nın məlumatına görə, “globalinfo.az”a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, etiket məlumatlarının düzgün və aydın verilməsi qanunvericiliklə tənzimlənir:

“Yanlış və ya qeyri-dəqiq tərcümə istehlakçının sağlamlığı və hüquqları baxımından ciddi risklər yarada bilər. Əsas məsuliyyət idxalçı şirkətlərin üzərindədir. Yəni onlar məhsulun etiketlənməsinin qanunvericiliyə uyğun aparılmasına və tərcümələrin düzgünlüyünə cavabdehdir. Market şəbəkələri idxalçının təqdim etdiyi məhsulu dəyişmədən satırlarsa, birbaşa məsuliyyət daşımırlar. Amma məlumatlarda aşkar uyğunsuzluq varsa və bu gözardı edilirsə, müəyyən dərəcədə öhdəlik daşıya bilərlər”.

Ekspert bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi riskli məhsulların etiketini əvvəlcədən nəzərdən keçirir:
 

“Marketlərdə xüsusən uşaq qidaları, konservləşdirilmiş mallar və ət məhsulları üzrə monitorinq və planlı yoxlamalar mütəmadi aparılmalıdır. Yeni sistemlər idxal və istehsal zəncirini daha şəffaf edir, etiket uyğunsuzluqlarının tez aşkarlanmasına imkan verir. Tərcümə səhvləri təkcə texniki məsələ deyil, ictimai sağlamlıq və istehlakçı hüquqları baxımından təhlükə yaradır.


İdxalçılar peşəkar xidmətlərdən istifadə etməli, etiketi qida mütəxəssisləri ilə birgə hazırlamalıdırlar. Ümumiyyətlə, qeyd edilən hallarla qarşılaşan istehlakçılar AQTA-nın “1003” çağrı mərkəzi və ya qurumun rəsmi saytına müraciət edə bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO