Virtual DÜNYA, real TƏHLÜKƏ - Yeniyetmələr valideynlərindən bunları GİZLƏDİRLƏR

Sosial platformaların sayı artdıqca onlardan istifadə daha da çoxalır. Xüsusən gənclər və yeniyetmələr arasında müşahidə olunan internet asılılığı bu məsələnin daha ciddiyə alınmasını tələb edir. Azərbaycanda yeniyetmə və gənclərin sosial şəbəkələrdə keçirdikləri vaxtla bağlı aparılan araşdırmalar göstərir ki, bu yaş qrupunun sosial şəbəkələrdə məqsədsiz vaxt sərfi, onlayn oyunlar və başqalarının həyatını izləmək kimi fəaliyyətləri gənclərin zamanlarını səmərəsiz keçirmələrinə səbəb olur.  Psixoloqlar xəbərdarlıq edirlər ki, sosial mediada həddindən artıq vaxt keçirmək gənclərin şəxsi inkişafına, təhsilinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.   

Amma bu xəbərdarlığa məhəl qoymayan gənclər yenə də öz virtual əyləncələrindən qalmırlar. Bu da yetməzmiş kimi hələ ki valideyn himayəndəsində olan, şəxsiyyət kimi tam formalaşmamış yeniyetmələr internetlə bağlı ailələrinə yalan söyləyirlər.

Bizim.Media bir qrup gənc və yeniyetmələr arrasında sorğu apararkən məlum olub ki, ümumiyyətlə gənclərin böyük əksəriyyəti sosial şəbəkələrdə uzunmüddətli vaxt keçirdikdən sonra özlərini pis hiss edirlər. Bəziləri isə internetdə keçirdikləri vaxtın psixi durumlarına zərər verdiyini etiraf ediblər. İnternetsiz bir dünyanın varlığını təsəvvür etməyən bu zəmanə uşaqları günün  (hətta gecənin!) çox hissəsini virtual aləmdə keçirsələr də, bunu valideynlərindən gizlədirlər.

Ən çox nələri gizlədirlər?

Respondentlərin çoxu yaşları barədə yalan məlumat verir, bununla da daha çox diqqət çəkmək üçün özlərini yetkin kimi göstərirlər. Müəyən bir qrupu da özünü tamamilə fərqli biri kimi – daha çox xəyallarında yaratdığı obraz kimi  göstərdiyini etiraf edib. Amma “fərqli kimi” dedikdə sadəcə müsbət qəhrəman kimi anlaşılmasın. Bəziləri etiraf edirlər ki, içlərində boğa bilmədikləri nifrəti, travmaların yaratdığı kini “qusmaq” üçün saxta hesab açaraq hadisələrə, paylaşımlara mənfi, aşağılayıcı şərhlər yazırlar.

Ailələrindən ən çox gizlətdikləri bu saxta tərəfləri ilə yanaşı, həm də yeni tanışlıqlarını, dostluq çevrəsini, tanımadıqları insanlarla (xüsusən də yaşca böyüklərlə) ünsiyyətini və söhbətlərin formatını gizli saxlayırlar. Bəziləri isə valideynlərin görə bilməyəcəyi hekayələr (story) və postlar paylaşırlar. Bundan başqa, valideyn nəzarətindən yayınaraq parolla qorunan tətbiqlər (məsələn, Snapchat) istifadə edirlər.

Alqoritm gəncləri ələ verir

Təbii ki, bu yaşda olan yeniyetmələrin valideynləri ilə çətin razılığa gəldiyini, qeyri-adekvat olduğunu nəzərə alsaq, onların virtual dünyasına qarışmaq  heç də həmişə uğurlu nəticə vermir, əksinə uşağı daha da uzaqlaşdırır.

Bəs belə hallarda nə etməli?

Ekspertlərdən sevindirici metod xəbəri var: bu, nəyisə həll etməyə tam yetməsə də ən azından övladınızın sosial şəbəkələrdə nə işlə məşğul olduğunu göstərir. Bunu daha çox müasir texnologiyadan anlayan valideynlər üzə çıxara bilər. Bu – alqoritmdir. Yəni uşaqlarınızın şəbəkə lentində ən çox hansı konteksdə əyləncələr, dostlar, videolar sıralanırsa, deməli marağı onadır və süni intellekt də onun qarşısına məhz belə kontenti düzür.

Psixoloqlar bildirirlər ki, əgər övladının real və virtual siması bir-birinə uyğun gəlmirsə, yəni uşağın maraqları valideynin özünü də şoka salırsa, bunu sərt şəkildə tənqid etməklə və ya cəzalandırmaqla, telefonu əlindən alıb, hesabını bağlamağa məcbur etməklə olmaz. Bu, əks təsir yarada və yeniyetməni daha da aqressivləşdirə bilər. Bunun üçün nəzarətdən çox, maarifləndirmə, münasib ünsiyyət yolu seçilməlidir. Valideyn övladına sosial şəbəkələrin təhlükəli tərrəfini, şəxsi məlumatların, şəkillərin, açıq düşüncələrin paylaşılmasının doğru olmadığını izah etməlidir. Bundan başqa ailəvi nəzarət prroqramları (Family link) ilə tətbiqləri izləmək mümkündür. Həmçinin övladlara öyrətmək yerinə göstərmək üsulu daha təsirli nəticə verir. Əlbəttə ki, valideynin özü sosial şəbəkələrdə həddən artıq vaxt keçirirsə, bunun əksini övladından tələb etmək haqsızlıq olar. Daha yaxşı olar ki, sosial şəbəkələrə, məzmunlara birgə maraq göstərilsin, bərabər izlənilsin.

Məlumat üçün bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuya əsasən, ən populyar platformalar TikTok, Facebook, Instagram, YouTube və Telegramdır. İzləyənlərin əksəriyyəti isə 35 yaşa qədər olan kişilərdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO