Süfrəmizdəki SƏSSİZ ÖLÜM – Bu meyvə-tərəvəzləri yeyərkən...

Meyvə və tərəvəzlər tarladan süfrəmizə gələrkən özləri ilə dərman preparatlarının qalıqlarını da gətirirlər. Pestisidlər adlanan kənd təsərrüfatı dərmanlarının qalıqları, yediyimiz meyvə-tərəvəz vasitəsilə bədənimizə daxil olur.

Məlumat üçün bildirək ki, pestisid – bitkilərdə zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, pambıq məmulatları və s. mübarizədə istifadə edilən kimyəvi maddədir. Belə kimyəvi maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur.

Bəs, meyvə və tərəvəzləri yumaqla kimyəvi maddələrin qalıntılarını təmizləmək mümkündürmü?

Bizim.Media xəbər verir ki, mütəxəssislər bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edirlər. Bildirirlər ki, kimyəvi maddələrə məruz qalmış tarla məhsulları əvvəlcə axar su ilə yuyulub, sonra uzun müddət duzlu və ya sirkəli suda saxlanılmalıdır. Suda saxlandığı müddətdə yumşaq bir fırça ilə sürtmək bəzi maddə qalıqlarını azaldır. Başqa bir təcrübə isə pestisid qalıqlarını təmizləmək üçün qazlı suyun adi kran suyundan daha effektiv olduğunu göstərir.  

Digər vacib məqam – meyvə və tərəvəzlərin qabıqlarının soyulmasıdır. Hər nə qədər vitamin onların qabığında olsa da, qabığını soymaq kimyəvi qalıqları əhəmiyyətli dərəcədə azaldır.

Meyvə-tərəvəzdə pestisidlərin olub-olmadığını müəyyən etmək mümkündürmü?

Xeyr, bunu müəyyən etmək mümkün deyil. Kimyəvi maddələrlə çirklənmiş tərəvəz və meyvələri qeyd etdiyimiz qaydalara uyğun yumaq sağlamlığımız üçün atacağımız ən yaxşı addımdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitəsi, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, daşınması, saxlanılması, satışı və tətbiqi ilə bağlı qaydalara əməl olunması, baş verə biləcək təhlükələrin qarşısının alınması məqsədilə mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir. Görülən işlərə vizual-maarifləndirici tədbirlər də daxildir.  Belə maarifləndirici çarxlarda kimyəvi maddələr, onların daşınması, saxlanması və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilir. Eyni zamanda kimyəvi maddələrlə işləyən zaman istifadə edilməli olan geyimlər, zəhərlənmə zamanı yardım göstərilməsi üsulları əks olunub.

Qeyd edək ki, ölkəmizdə qida məhsullarında pestisidlərin qalıq miqdarının təyini sınaqları beynəlxalq standartlara uyğun aparılır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında 600-ə yaxın pestisid qalığının təyini həyata keçirilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif etdi

Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

Kəlbəcərdə çayda batan azyaşlının FOTOSU

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid – FOTO

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə BAHALAŞDI

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Tramp ABŞ-İran danışıqlarının niyə dayandığını AÇIQLADI

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

ABŞ-nin Hörmüz boğazı ilə bağlı bəyanatına İrandan cavab: “İmkan verməyəcəyik”

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

“Fənərbağça”nın futbolçusu “Beşiktaş”a keçir

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

OPEC: Azərbaycanda ikinci rübdə neft hasilatı artıb

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Milli Məclisin son iclasında müzakirə ediləcək MƏSƏLƏLƏR

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi GÜNDƏMDƏ – FOTO

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü – FOTO

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

End of content

No more pages to load

RADİO